Qarın ağrısı apendisit kimi qiymәtlәndirmәsin

Qarın ağrısı apendisit kimi qiymәtlәndirmәsin
Bir Ana - Bir Bala
10.09.2017 37
Apendisit başlanğıc әrәfәsindә çox tipik işarә vә әlamәtlәr vermәdәn irәlilәyә bilәr. Ağrılar yeni başladıqda apendisiti tanımaq çәtin ola bilәr. Buna görә dә Uşağın xәstәxanada bir müddәt nәzarәt altında saxlanması vә lazım olan analizlәrin aparılması çox vacibdir. Apendisit kiçik yaşlarda çox rast gәlinmir. Yaş artdıqca apendisit tәhlükәsi artır. Ümumiyyәtlә isә, mәktәb vaxtlarından yeniyetmә dövrünәdәk olan müddәtdә daha çox rast gәlinir. Apendisitin uşaqlar arasında yayılması onların infeksiyalara daha yaxın olmaları ilә bağlıdır.

Apendisitin digәr әlamәtlәri
Qarnın sağ hissәsindә gedәrәk artan ağrı (sağ bölgәdәki ağrı bud sümüyünün üst hissәsindә hiss edilir), mәdә
bulanması, ağrılar başladıqdan sonra qusmalar, qarın hissәsinin şişmәsi, qazla birlikdә müşahidә edilәn qәbzlik vә ya ishal, qaz çıxarmaqda çәtinlik, qızdırma, ağrılı sidik ifrazı.

Tumlu qidalara diqqәt edin

Hәkimlәr bildirir ki, apendisitin qidalanma ilә heç bir әlaqasi yoxdur. Lakin balaca uşaqlara tumlu qidalar verәn zaman diqqәtli olmaz lazımdır. Misal üçün, kiçik bir limon dәnәsi belә, dәliyi tıxaya bilәr vә apendisit inkişaf edә bilәr. Bundan başqa, dәnә vә ya başqa bir faktor olmasa da, bәdәnin öz fәsadları nәticәsindә dә apendisit tıxana vә nәticәdә partlaya bilәr.

Apendisit partladıqda...
Uşqlar hәkimә getmәyә qorxduqları üçün çox zaman әlamәtlәri gizlәyirlәr. Lakin apendisit ağrısını gizlәtmәk çox da mümkün deyil. Xüsusәn dә cәrrahi müdaxilә lazım olan bir vәziyyәtdә, yәni uşaq halsızlaşır, yerimәyә çәtinlik çәkir, qidalanmır vә qusur. Apendisit partlaması bir riskdir, bu, xәstәliyin daha da irәlilәdiyini göstәrir.
Lakin partlasa da, xәstә ölüm tәhlükәsi ilә üz­üzә dayanmır. Mümkün olduqca әn qısa zamanda xәstәxanaya gәtirilmәlidir. Әgәr apendisit partlayıbsa, çıxarılır, qarının içәrisi yuyulur vә antibiotik müalicәsi edilir. Bu cür vәziyyәtlәrdә xәstәxanada qalma müddәti uzana bilәr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!