Hamiləlikdə D vitamini

Hamiləlikdə D vitamini
Bir Ana - Bir Bala
10.09.2017 38
 
Hamiləlik zamanı D vitamininin nə kimi əhəmiyyəti var?



D vitamini bədənə lazım olan sağlam sümük və dişlər üçün kalsium və fosfatın tənzimlənməsinə kömək edir.O, infeksiyalarla mübarizəyə kömək edir və xərçəng riskini azaldır.
Hamiləlik və ya süd vermə zamanı  D vitamini çatışmazlığı uşaqda kalsium çatışmazlığına səbəb ola bilər. Bu da körpənin diş və sümüklərinin inkişafına mane ola bilir.
Niyə hamiləlik zamanı D vitamini almaq lazımdır?
D vitamini orqanizmdə kalsium və fosfatın səviyyəsini tənzimləyir.Bu elementlər sümük və dişlərin inkişafı üçün əvəzedilməzdir.
 
D vitaminini necə qəbul etməli?



D vitaminini almağın iki yolu vardır:
D vitamini orqanizmdə günəş şüalarının təsiri nəticəsində  əmələ gələ bilir.
D vitaminini qida və içməklə də əldə etmək olar.
D vitamini ilə zəngin olan qiadalardan qızılbalığı, skumbriyanı göstərmək olar. Bundan başqa D vitamini ilə zəngin olan marqarin və quru səhər yeməklərini misal çəkmək olar.Qırmızı ət və yumurtada da D vitamini mövcuddur.
Qış aylarında günəşdə qızmarlıq az olduğu üçün D vitaminini qidalar vasitəsilə ilə əldə etmək mümkündür.. 



Hamiləlik zamanı D vitamini qəbul etmək üçün əlavə preparatlar içməyə ehtiyac varmı?



D vitamini hamilələr üçün nəzərdə tutulmuş  bir çox vitamin komplekslərdində mövcud olur.Əsas odur ki, bu pereparatlar sırf hamilələrin qəbulu üçün nəzərdə tutulmuş olsun.Bunun üçün həkiminizlə məsləhətləşməyiniz isə mütləqdir.






Redakte etdi: Pretty girl

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!