Uşağınıza kitab oxumağı sevdirin

Uşağınıza kitab oxumağı sevdirin
Bir Ana - Bir Bala
10.09.2017 37
Uşağa oxuma vərdişi erkən yaşda qazandırılmalıdır. Ağac yaş ikən əyilər, kiçik yaşlarda əldə edilən bacarıqlar daha uzun ömürlü olar. Uşağa kitab oxuma vərdişi qazandırma yolları məqaləmiz valideynlərə bu mövzuda istiqamət göstərəcək.

Uşağınıza hər axşam yatmazdan əvvəl kitab oxuyun.
Bu müddət boyunca, uşağınıza da hərdənbir müəyyən paraqrafları oxumasına icazə verin.
Afərin çox gözəl oxudun, tonlaman nə qədər gözəl deyə onu təşviq edici cümlələr istifadə edin.

Kitabdakı bəzi cümlələri birlikdə oxuyaraq, kitab oxumağı əyləncəli hala gətirin.

Oxuma sırası uşağınıza gəldiyində onu diqqətli dinləyin və əsla tez-tez oxuduğu sözləri düzəltməyin, bu vəziyyət onun oxuma şövqünü qırar, kitablardan soyumasına gətirib çıxarar.

Seçəcəyiniz kitabın uşağın yaşına xitab edən bir kitab olması çox mühümdür.
Kiçik uşaqlar üçün bol şəkilli az yazılı kitablar seçin, məktəb çağındakı uşaqlar üçün isə uşağın diqqətini çəkəcək,məzmununda özünə yaxın hiss edəcəyi qəhrəmanların olduğu kitabları seçin.

Kitabı bitirdikdən sonra uşaqla kitab haqqında söhbət edin.
Hisslərini izah etməsinə, özünü ifadə etməsinə köməkçi olun.
Beləcə danışma qabiliyyəti inkişaf edəcək, mühakimə etmə bacarığı qazanacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!