Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?

Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?
Bir Ana - Bir Bala
10.09.2017 14
Sitrus meyvələri güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə onlar mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir.

Bu səbəbdən hətta böyüklər bu meyvələrdən süi-istifadə etməməlidir (gün ərzində 1 portağal və ya 2 mandarin və ya 1 kivi kifayətdir).

Uşaqlara sitrus meyvələri neçə yaşdan vermək olar?


Pediatrlar sitrus meyvələri uşaqların qidalanmasına 1-1,5 yaşlarda daxil etməyi tövsiyə edirlər. Əvvəl uşağa bir neçə damcı mandarin və ya portağal şirəsini verin və 1-2 gün ərzində orqanizmin reaksiyasına nəzarət edin. Uşağın dərisində səpgilər, qaşınma əmələ gəlibsə, sitrus meyvələrin verməyini təxirə salın. Heç bir reaksiya yoxdursa, uşağa hər gün az miqdarda olmaqla (1-2 dilim) sitrus meyvələri verə bilərsiniz. Kişik yaşlı uşaqlara sitrus meyvələri verdikdə bütün pərdələri soyun (onlar mədə-bağırsaq sistemində çətinliklə həzm olunur), çəyirdəkləri çıxardın.

Allergik reaksiyalara meyilli olan uşaqlara sitrus meyvələri 3 yaşından sonra və hətta daha gec vermək olar. Bu halda da damcılardan başlamaq və orqanizmin reaksiyasına fikir vermək lazımdır.

sağlamolun.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!