Uşağınızı əsəbləşdirən səbəblər

Uşağınızı əsəbləşdirən səbəblər
Bir Ana - Bir Bala
10.09.2017 9
1- Yemək mövzusunda məcbur edirsinizsə
Ac olduğunu düşündüyünüzdə əslində körpəniz tox ola bilər və israrla verdiyiniz qidanı rədd edər. Əgər onu məcbur etsəniz əsəbiləşə bilər.

Nə etməlisiniz?
Körpəniz tündxasiyyətləşdiyində israrçı olmayın, diqqətini dağıdıb bir az zaman keçdikdən sonra yemək yediyərməyi təkrar sınayın.

2- Müvəffəqiyyətsizlik hissi ilə tanış olduğunda
Hərəkət qabiliyyəti inkişafa başladıqca daha çox hərəkət etmək istər. Ancaq getməyə başlamasıyla birlikdə müvəffəqiyyətsizlik duyğusuyla tanış olar. Hər qiyam qaldırıb atdığı bir neçə addımdan sonra düşmək onu bədbəxt edər və bu da əsəbi, kədərli olmasına, ağlamasına səbəb olar.

Nə etməlisiniz?
Getməyə çalışıb düşdüyündə və buna əsəbiləşib ağladığında onu motivasiya edin, dəstəkləyin.

3- Hərəkətlərinə maneə törətməyə çalışsanız
Mama qaşığını və ya oyuncaqlarını yerə atmaq kimi davranışlar sərgiləyə bilər. İlk səfərində bir şey deməyib, atdığı obyektləri geri verib, ikincisində isə avtoritar və ya əsəbi bir şəkildə "xeyr" deməniz, onun nə olduğunu anlamamasına və maneə törədilmə hissiylə tündxasiyyətləşməsinə səbəb ola bilər.

4- Özünü ifadə edə bilmirsə
Danışmağa başlamasıyla birlikdə özünü ifadə etməyin xoşbəxtliyini yaşayarkən, bir tərəfdən də söz dağarcığı məhdud olduğu üçün özünü ifadə edə bilmədiyi, doğru sözü tapa bilmədiyi zamanlar olar. Bunlar da onun əsəbiləşməsinə və tündxasiyyət reaksiyalar verməsinə yol aça bilər.

Nə etməlisiniz?
Özünü ifadə edə bilmədiyində tündxasiyyətləşməsinin normal olduğunu unutmayın, səbirli davranın. Dil bacarığını inkişaf etdirmək üçün ona nağıl oxumağı, bir şeylər izah etməyi, ünsiyyət halında olmağı sınayın.

5- Yorğun ola bilər
Hərəkət qabiliyyətinin məhdudluğuna bağlı olaraq özünü maneə törədilmiş hiss edər və bu dövrdə körpə avtomobilinə mindirilmək, duş qəbul etdirilməsi, üstünün dəyişdirilməsi kimi hərəkətlər ana atanın təyin etdiyi saat və idarələrdə olduğu üçün onu yora bilər. Bu yorğunluq hissi də əsəbiləşməsinə səbəb olar.

Nə etməlisiniz?
İsrarçı olmayın. Məcburiyyət tələb etməyən vəziyyətlər xaricində (bir yerə gedilməsi, üstünü çirklətdiyində dəyişməsinin lazım olması və s) etdirməyə çalışdığınız hərəkəti etməsi üçün onu məcbur etməyin, yerini dəyişdirməyin, yatdığı yerdən qalxmaq istəmirsə məcbur etməyin, istirahət etməsinə fürsət tanıyın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!