Uşaqlarda əmzik çürüyü

Uşaqlarda əmzik çürüyü
Bir Ana - Bir Bala
10.09.2017 33
Əmzik çürüyü nədir?
Əmziklə qidalanma vərdişi olan körpələrdə gün içində tez-tez içilən südün bir miqdarı ağızlarında yığılaraq bakteriya meydana gəlməsinə səbəb olar. Bu bakteriyalar səbəbiylə yaranan diş çürüklərinə əmzik çürüyü deyilməkdədir.

Südün təbii tərkibində olan şəkərin körpənin ağzında yığılmasının zamanla bakteriyaları artırdığı və ağız təmizliyinə diqqət etməzsə ciddi çürüklərə səbəb ola bilər.

Körpədə ağız təmizliyi çürüyü önləyir
Əmziklə körpəyə verilən şəkərli, biskvitli, ballı və ya bəkməzli süd, körpənin dişlərində sürətlə çürüməyə səbəb olar. Xüsusilə gün içində və gecə boyunca davamlı əmzik vərdişi olan körpələrin dişlərində əmzik çürüyü inkişaf etdiyi üçün hər qida qəbulundan sonra körpənin ağız təmizliyinə diqqət göstərmək lazım olduğunu, anaların diş fırçalamağa başlamaq üçün ‘erkən' olduğu düşüncəsinin əmzik çürüyü meydana gəlməsində ən əhəmiyyətli faktorlardan biri olduğunu unutmasınlar.

Körpələrdə çürük meydana gəlməsinə maneə törətmək üçün:
Körpənin ağzında şəkərli mayelər olan əmziklə yuxuya getməsinə maneə törədin.

Hər qidalanmadan sonra dişlərini təmiz bir bez ya da yumşaq tüklü bir diş fırçası ilə təmizləyin. Əgər təmizləyə bilmirsinizsə əmzik içərisinə su qoyaraq ağızını çalxalamasını təmin edin.

Əmzikdəki südə mümkün olduğunca şəkər, bal bəkməz kimi dadlandırıcılar əlavə etməyin.

Körpənizi 2 yaşına gəlmədən əmzikdən uzaqlaşdırmağa çalışın.

İlk dişləri çıxar - çıxmaz nizamlı olaraq müayinəyə aparın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!