Uşağın cinsi bölgəsindən öpməyin, yoxsa... - XƏBƏRDARLIQ

Uşağın cinsi bölgəsindən öpməyin, yoxsa... - XƏBƏRDARLIQ
Bir Ana - Bir Bala
10.09.2017 7
Mütəxəssislər ana və ataları diqqətli olmağa çağırırlar. Uşağınıza ruhi, ya da fiziki baxımdan zərər vermək istəmirsinizsə, bəzi davranışlardan və sözlərdən uzaq durmalısınız. Türkiyəli pedaqoq Zeynep Şimşək bu baxımdan ailələrə xəbərdarlıqlar edir. Sevgi insanların bir-birləri arasında yaratdıqları şüurlu müsbət bir bağdır. Sevgi bir ehtiyacdır. Hər kəsin sevgini ifadə etmə və sevgini tələb etmə forması fərqlidir. Uşağı necə sevmək lazımdır? Qadınlar.biz bütün bu mövzularla bağlı türkiyəli mütəxəssisin fikirlərini təqdim edir.

Z. Şimşek ilk növbədə bildirir ki, sevginin ifadə edildiyi ən gözəl və etibarlı mühit da ailə içində olanıdır. Xüsusilə valideynlərin uşaqlarına duyduqları sevgi və sevgini göstərmə formaları vacib məqamdır: “Bu heç də o demək deyil ki, biz valideynlərə uşaqlarını necə sevməyi öyrədirik. Əlbəttə, bu məsələyə müdaxilə etmirik. Amma uşağınızın ictimai və psixoloji baxımdan inkişafına təsirləri səbəbindən bu mövzunun əhəmiyyətindən bəhs etməkdə fayda var. Son zamanlar sosial şəbəkələrdə, yerli və xarici mətbuatda çox qarşıma çıxan, uşaqlarıyla bəzi pozalar verən ailələr görürəm. Məsələn, “Aşkımla lunapark keyfi”, dodaq-dodağa öpüşmək, “bal dodaqlım” və s. sözlər iştifadə etmək. Bu davranışlar valideynlərin uşaqlarını çox sevdiklərini göstərmə səyidir. Amma bu, uşağın məhrəmiyyət duyğusunun zədələnməsidir”.

Əsla etməyin!

• Uşaqları dodaqlarından öpməyin
• Altlarını dəyişdirərkən, təmizləyərkən intim yerlərinə çox toxunmayın, hətta öpməyin
• “Aşkım”, “sevgilim” kimi xitablarla müraciət etməyin
• Qüruruna toxunan ləqəblər qoymayın
• Zorla şəkil çəkdirməyin və sosial şəbəkədə paylaşmayın

Bunlar uşaqları psixoloji olaraq səhv istiqamətləndirməyə itələyən davranışlardır. Dolayısı ilə desək, uşağınız böyüdükdə sizi və ya başqa birini dodağından öpmək istəsə, əsla normal qarşılamayacaqsınız: “O halda bu, doğru bir sevgi nümayişi deyil. Uşağınıza “xüsusi yerlərinə başqasının toxunmasına icazə vermə” dedikdə o da “Bəs sən niyə toxunursan?” deyə bilər. Əgər siz belə etməkdə davam etsəniz, uşaq da başqa adamın bədəninə toxunmasını normal qəbul edəcək, hətta özü də bunu başqasına edəcək”.

Doğru sözlərdən istifadə edin
Böyümə çağında diqqət çəkmək istədiyi yaşlarında bu dəfə özü fotolar paylaşmaq istədikdə sizin qarşı çıxmağınız da qarşıdurmaya səbəb olacaq. Bu dəfə isə siz anlayış göstərməlisiniz. Hər valideyn uşağına sevgisini ən çox və doğru şəkildə hiss etdirmək istəyir. Ancaq bunu doğru bədən dili ilə və düzgün, yerində deyilmiş sözlə etmək vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!