Uşaqlar nə vaxt danışmağa başlayır?

Uşaqlar nə vaxt danışmağa başlayır?
Bir Ana - Bir Bala
10.09.2017 9
0-6 ay
Qığıldama dövrüdür. Bu dövrdə uşaq müəyyən hecaları ifadə etməyə çalışır.

6-12 ay
Hecaları birləşdirməyə çalışır. ətrafda eşitdiyi səsləri təqlid edir. əsasən ata,
ana kimi birhecalı sözləri ifadə edə bilir.

12 - 18 ay
Artıq sadə və ikisözlü cümlələr qura bilir.Məsələn,"Ana gəl" kimi...Uşağın bu dövrdəki söz xəzinəsi təqribən 5-25 söz arasındadır.

18 - 24 ay
İkisözlü cümlələrin sayı artır.Söz xəzinəsi 50-yə yaxındır.Artıq dediyi sözləri başa düşmək də çətin deyil.

24 - 36 ay
Tərkibində ikidən çox sözlər olan cümlələr qurmağa başlayır.Sözlərdəki hecaların sayı artır.Söz xəzinəsi 1000 - ə yaxındır.

3 - 5 yaş
"Mən"li cümlələr qurmağa başlayır. 5 və daha çox sözlü cümlələr qura bilir.Çoxlu suallar verir.5 yaşa doğru söz ehtiyatı təqribən 2000- ə çatır.

Hər uşaq eyni deyil
Dilin inkişaf sürəti uşaqdan - uşağa dəyişə bilər.Əgər yuxarıdakı siyahı ilə uşağınız arasında fərq varsa, bu heç də qorxulu deyil.Yox əgər fərqlər gözünüzə çox göründüsə, o zaman bir mütəxxəssislə görüşün və məsləhət alın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!