"Televiziya uşaqların evini necə yıxır?! Çox asan!"

Bir Ana - Bir Bala
10.09.2017 42
 
"Televiziya uşaqların evini necə yıxır?! Çox asan!"

 
 
Böyük Britaniya Psixoloqlar Assosiasiyası televiziya kanallarında intim ilə zorakılıq səhnələrinin ifrat həddə çatdığını bəyan edib.

Onların apardıqları araşdırmanın nəticələrinə görə, açıq-saçıq televiziya şouları və müxtəlif reklamlar, xüsusilə də alt paltarlarının reklamları uşaqların hələ formalaşmamış psixikalarına dağıdıcı təsir göstərir.

"Televiziya uşaqların evini necə yıxır?! Çox asan. Çoxsaylı, açıq-saçıq görüntülərin bol olduğu reklam kampaniyaları, böyüklər üçün nəzərdə tutulmuş seriallar, intim və zorakılıq səhnələrinin az qala ifrata vardığı kinofilmlər azyaşlıların psixologiyasının hələ formalaşmamış "ev"inin divarlarını dağıdır, bu evi uçurub yerlə-yeksan edir. Uşaqlar da daha böyük görünməyə çalışır, buna nail olmayanda özlərini pis hiss edir, depressiyaya qapılırlar",  - assosiasiyanın eksperti Req Beyli bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı keçirilən sorğuya qatılmış valideynlərin 41 faizi telekanallardakı "praym-taym" zamanı açıq-saçıq səhnələrin nümayiş etdirilməməsini tələb edib, 40 faizi isə belə səhnələrin ümumiyyətlə, telekanallarda yer almasına qarşı çıxdıqlarını bildiriblər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!