Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası

Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası
Bir Ana - Bir Bala
10.09.2017 15
 
 

 
Körpəni bezdən ayırma təklifləri. Körpəniz kifayət qədər böyüyüb və artıq körpənin bezə ehtiyacını azaltmaq və körpəyə ayaqyolu təhsilini vermə vaxtı gəldiyini düşünürsünüzsə, 8 addımda bunu reallaşdıra bilərsiniz. 
1-Təzyiq etməyin 
Ana-ata bu sualla tez-tez qarşılaşır: "Uşağınıza  hələ də bez geyindirirsiniz?". Çox vaxt nənə, bibilər, xalalar və ya yoldaşlar, "Mənim uşağım hələ 1 yaşında ikən ayaqyolusunu  tək başına edə bilirdi", deyərək gənc analara fərq etmədən təziq edər. Halbuki bu təziqlərdən təsirlənən ananın, uşağa edəcəyi zorlamalar mənfi nəticələr doğurur. Vaxtından əvvəl  ayaqyolu təhsilinə başlayan uşaq bu vərdişi daha çətin qazanır. 
 
2-Doğru zamanı gözləyin

 Ayaqyolu təhsili nə vaxt başlanacağına dair bir qayda yoxdur. Doğru cədvəli, uşağın həm fiziki, həm də psixoloji olaraq hazır olmasına bağlı. 12 aya qədər heç bir uşaq ayaqyolu ehtiyacını istəkli olaraq idarə edə bilməz. 12 - 18 aylarda isə çox azı idarə edə bilər. Bir çox uşaq 18 - 24 aylarda ayaqyolu təhsili üçün hazır ola bilər. Bəzi uşaqlar isə 30 aya qədər öyrənə bilməz. Araşdırmalar, anası tərəfindən sıxlıqla və zorla oturağa oturdulan, gecə ayaqyolusunu etməsi üçün oyandırılan uşaqların orta hesabla 28 aylıqkən bezi buraxdıqlarını göstərir.
 
3-Uşağınızı müşahidə
Uşağınızın ayaqyolu təhsili üçün hazır olub olmadığını anlamanız mümkün. Budur bəzi meyarlar:
• Altı gündüzləri 2 saatdan daha uzun müddət və oyandığında quru qalırsa;
• Bağırsaq hərəkətləri nizamlı və günün müəyyən saatlarında reallaşırsa;
• Üz ifadəsi, hərəkətləri və ya danışmasıyla, ayaqyolusunun gəldiyini dərhal müəyyən edirsə;
• Sadə əmrləri yerinə yetirə bilirsə; 
• Çirkli bezdən narahat olub, altının dəyişdirilməsini istəyirsə;
• Oturaq ya da ayaqyolu istifadə istəyi içindədirsə;
 • Sizin ya da yoldaşınızın və böyük qardaşlarının ardınca ayaqyoluna gedərək, orada nə  etdiyinizlə maraqlanırsa, ayaqyolu təhsilinə hazır deməkdir.
4-Səbirli olun
Uşağın oturağı istifadə edə bilməsi, bağırsaqlarını istəkli istifadə etdiyi mənasını vermir. Onsuz da uşaq müəyyən bir yaşa gəlmədən oturaq və bez ayrımı edə bilmir. Unutmayın ki, uşaqların bezden xilas ola bilmələri üçün maraq, sevgi, səbir və anlayışa ehtiyacları var.
5-Seçimi uşağınız etsin
Bəzi uşaqlar ayaqyolu təhsilinə oturaqla başlamağı seçim edir. Oturağın üstünlüklərindən  biri, uşağın rahatca otura biləcəyi bir yüksəklikdə olması və bu səbəbdən düşmə təhlükəsi yaşamamasıdır. Bəzi uşaqlar da, eynilə yetkinlər kimi ayaqyolu istifadəsi seçimi edə bilər. Bu vəziyyətdə klozet üzərinə yerləşdirilən kiçik plastik qapaqları istifadə edə bilərsiniz
6-Uşağınızı çox geyindirməyin
Uşağın öz-özünə ayaqyoluna gedə bilməsi üçün, geyimlərinin asan çıxarıla bilər olması lazımdır. 
7-Onu anlamağa çalışın
Fiziki xüsusiyyətlərin yanında uşağınızın psixoloji olaraq da təhsilə hazır olması şərtdir. Uşağınız ayaqyolu  təhsilini özü istəməli və buna uyğunlaşma göstərməli. Qorxar və ya etiraz etsə, ayaqyolu təhsilini bir müddət gecikdirin. Ayrıca evdəki stress də ayaqyolu təhsilinə mənfi təsir edir.
 
 
8-Müəyyən bir nizam qurun
Uşağın ayaqyolu edə bilməsi üçün müəyyən saatlar qurun. Məsələn, günorta yuxusundan əvvəl ayaqyolu etməsi mövzusuna onu alışdırın. Qısa bir müddət sonra uşağınız yadına salmağınıza  gərək qalmadan ayaqyolu vərdişini qazanacaq. Bundan başqa ayaqyolusunu edəcəyi mühitin səssiz olmasına diqqət yetirin.
 
 
Bəs, əziz xanımlar,  siz usağınızı ayaqyoluna öyrətmək üçün nələr etmisiz,öz fikirlərinizi bizimlə paylaşın.
 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!