Körpələri güldürməyin 11 yolu

Körpələri güldürməyin 11 yolu
Bir Ana - Bir Bala
10.09.2017 40
Yəqin
ki, dünyada ən fəxrverici an balaca bir körpəni güldürə bilməkdir.
Məhz bunu edə bilmək üçün çox ciddi hesab etdiyiniz böyük-böyük adamlar
nə oyunlardan çıxırlar. İndi isə bəzən ən çətin iş kimi görsənən
körpəni necə güldürmək olar, onu öyrənək.
Bəzən
insana elə gəlir ki, körpələr valideynlərinin kefsiz olmaqlarını başa
düşürlər və bir gülüşlə bütün yorğunluğu atdıra bilirlər. Lakin bəzi
uşaqlarda gözəl bir gülüş qazanmaq üçün bir az vaxt sərf etmək lazım
olur. Budur, körpələri güldürə bilməyin 11 qızıl qaydası!


1. "Pik-a-bu! Görürəm səni"
Bu
məşhur qayda çox vaxt körpələri çox əyləndirir. Onun sevimli
yorğanının arxasında gizlənərək birdən üzə çıxın. Hansısa bir əşyadan
da istifadə edə bilərsiniz və ya köhnədən qalma qayda ilə əllərinizlə
üzünüzü örtmək mümkündür. Nə istifadə etdiyinizdən asılı olmayaraq siz
onu güldürməyi bacaracaqsınız.


2. Bədəninə üfürmək
Sirr
deyil ki, körpələr toxunulmağı sevirlər. Buna görə də yavaşca
körpənizin nazik əllərinə, ayaqlarına və ya göbəyinə ağzınızı qoyub
üfürərək səslər çıxarın.


3. Əl və ayaq barmaqlarını yeyirsiniz kimi etmək
Qəribədir
ki, bir çox uşaqlar siz ayaqlarını, əllərini, boyunlarını dişləyirmiş
kimi edəndə xoşlarına gəlir. Hətta iki yaşından sonra da bunu sevən
uşaqlar var.


4. Köpük üfürmək
Köpüklərin
seh ri adətən uşaqları çox cəzb edir. Əgər siz valideyn-övlad
kurslarında iştirak etmisinizsə biləcəksiniz ki, övladınız siz
köpükləri üfürdükcə əylənərək onları izləyəcək və hətta atdanaraq
onları tutmaq da istəyəcək.


5. Ailə üzvlərini çağırın
Körpələr
bütün gün sizin üzünüzə baxmaqdan bezə bilərlər. Evə bir müddət
körpənizin görmədiyi sevimli ailə üzvlərindən bir neçəsini çağırın, bu
da övladınızın üzündə gülüş yarada bilər.


6. Mənasız və axmaq hərəkətlər

qədər üzünüzü axmaqlaşdırsanız o qədər körpənizin xoşuna gələcək.
Körpələr diqqəti və başqalarının ona baxmağını sevirlər, həmin
baxışların gülməliliyi isə onları daha çox cəzb edir.


7. Sevimli obrazı
Oyuncaqların
bu qədər çox satılmağının səbəbi uşaqların onlara maraq göstərməyidir.
Heyvan formalı bir oyuncaq və ya gəlincik alın, bu körpənizin çox
xoşuna gələcək.


8. Mahnı və musiqi
Uşaqlar
musiqini çox sevirlər, xüsusilə də musiqi günlərinin bir hissəsinə
çevriləndə. "Təkrar adətin açarıdır" deyir New Yorkda yaşayan uşaq
həkimi Natali Geary. "Uşaqlar eşitməyi və görməyi sevirlər, əgər siz
musiqi ilə gülərək oynasanız körpəniz də bir müddət sonra bunu
təkrarlayacaq".


9. Ev heyvanı saxlayın
Ev
heyvanları körpələri daha şən saxlamaq üçün yaxşı yoldur. Mişiqanda
yaşayan ana Aliena Tapia deyir ki, onun övladı ev heyvanı olan bir evə
gedəndə həmişə sakitcə heyvanın hərəkətlərini izləyir.


10. Heyvan səsləri çıxartmaq
"Bu
həftə mənim oğlum donuz səslərinə aşiq olub" deyir şotlandiyalı ana
Jessica Brockmole, "Biz körpəmizin şəkillərini çəkdirəndə yoldaşım çox
vaxt meymun səsləri çıxartaraq onu güldürür".


11. Əgər heç biri işə keçməsə, onu qıdıqlayın
Yavaşca
körpəni qıdıqlamaq adətən onun üzündə gülüş yaradır. Bu həm də bir növ
toxunmaq olduğu üçün körpənizin sizi, qayğıkeş insanı hiss etməyinə
kömək edəcək. Beləliklə övladınız təhlükəsizlikdə olduğunu başa düşəcək.
 
Bütün bunları yoxladıqdan sonra körpənizi kameraya çəkib internetə yükləyərək milyonlarla baxış sayı qazanmaq şansınız da var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!