Anaların günahkarlıq duymamaları lazım olan mövzular

Anaların günahkarlıq duymamaları lazım olan mövzular
Bir Ana - Bir Bala
10.09.2017 11
Təcrübələrimizi digər anaların təcrübələriylə birləşdirdik və yeni ana olmuş qadınların körpələrinin ilk dövrlərində özlərini heç cür peşmanlıq və günahkarlıq hissindən saxlaya bilmədikləri amma əslində əsla günahkar hiss etməmələri lazım olan mövzuları siyahıladıq.

Budur, anaların özlərini günahkar hiss etməmələri lazım olan mövzular

1.Körpənizlə evdə davamlı birlikdə qalmağı istəmək.

2.İşinizi sevmək və işə qayıtmağı istəmək.

3.Həyat yoldaşınızın sizə yaxınlaşmasını və toxunmasını istəməmək.

4.Hələ intim istəməmək.

5.Ekspertlərin təklif etdiyi qədər körpənizə bir şeylər oxumamaq.

6.Xəstəxanadan gəlir gəlməz hər nə qədər süd miqdarınızın kafi olub olmadığından əmin olmasınızsa da əmziklə tanış olmaq. Beləcə bir az yata biləcəksiniz çünki.

7.Digər insanladan kömək istəmək istəmək.

8.Analar qrupundakı digər qadınlara körpənizin necə də bütün gecə yatdığı haqqında yalan danışmaq. Halbuki gerçəyi söyləsəniz daha çox səmimiyyət qazanacaqsınız.

9.Körpə böyütmə kitablarına müraciət etməmək.

10.Qayınananızın öyüdlərinə "Möcüzə fikirdir, sınayacağam!" deyib, onun arxasından bu fikirin qətiliklə çox axmaqca olduğunu söyləmək.

11.Rəfiqənizin uşağı hələ tək bir söz belə söyləyə bilməzkən, sizinkinin  söz xəzinəsinin inkişaf etmiş olmasından dəlicə xoşbəxtlik duyduymaq

12.Analar Gününü geniş ailəylə birlikdə keçirməkdənsə yalnız öz uşağınızla baş-başa keçirməyi seçmək.

13.Uşağınızın artıq yaşı keçdiyini düşünmənizə baxmayaraq ətrafdakıların tənqidlərinə aldırmadan körpə uşaq kimi qidalandırmaq

14.Alış-verişmərkəzindəki körpə otağı çox uzağda olduğu üçün uşağınızı çirkli bezlə evə qədər aparmaq.

15.Əslində etməməniz lazım olduğunu düşündüyünüz halda uşağınız üçün televizorda bir körpə kanalı açıb ya da bir film DVDi taxıb özünüzə makiyaj etmək və geyinib bəzənmək üçün zaman yaratmaq.

16.Ananızı, sizə körpə baxımı mövzusunda ağıl verdiyində danlamaqdan özünüzü saxlaya bilməmək

17.Hər nə qədər siz və körpəniz üçün gəlmiş olsalar da evinizdəki qonaq çoxluğundan böhrana düşmək.

18.Uşaqlı anaları evinizə qəbul etməmək üçün müxtəlif bəhanələr uydurmaq. Uşaqlarının ortalığı dağıtmasından narahatlıq duymaq





/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!