Südəmər uşağın qidalanma gigiyenası

Südəmər uşağın qidalanma gigiyenası
Bir Ana - Bir Bala
10.09.2017 15
Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır. Südəmər uşaq azca böyüyən kimi ( bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidi. Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa "lazım olan hər şeyi" verməsinə baxmayaraq uşaq pis inkişaf edir. Bu da ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı cox pis həzm edir. Bu cür qida bağırsaqlardan olduğu kimi xaric olur və uşaq ac qalır. Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər. Südəmər uşağın qabı ( kasa, boşqab, qaşıq, kiçik ələk, sürtkəc və s.) ayrı olmalıdır. Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər. Uşağın yeməyini qızdırmaq üçün yemək olan qabı birbaşa ocağa qoymaq olmaz, çünki o cox qızar, yaxud lazım olduğundan çox qatı olar. Uşağın yeməyi tökülmüş kasanı və ya stəkanı su tökülmüş qazana qoyub ocaqda qızdırın. Diqqətli olmaq lazımdır ki, içində yemək olan qaba qazandakı sudan düşməsin. Südəmər uşağı adi çay qaşığı (gümüş tərkibli olsa daha yaxşı olar) ilə yedizdirmək olar.Südəmər uşağa armudu stəkandan öyrətmək asan olur. Alçaq, enli stəkandan içmək uşaq üçün çətindir. Uşaq armudu stəkandan içməyi yaxşı öyrənənə qədər başqa formalı stəkandan istifadə etmək lazım deyil. Emallı qabdan da istifadə etmək yaxşıdır. Lakin fikir vermək lazımdı ki, qabın emalı qopmasın, yoxsa uşağın yeməyinə zərərli, toksiki maddələr düşə bilər. " Sınmayan " qabın başqa bir qüsuru da vardır. Bu cür qab sınmadığı üçün uşaq onu atmağa vərdiş edir. Uşağı başa salmaq lazımdır ki, stəkan ya kasanı atmaq olmaz.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!