Eşq dişləmələri

Eşq dişləmələri
Cinsi Münasibət
10.09.2017 54
İntimual oyanma sayəsində öpüş şiddətlənib öz zirvəsinə çatdıqda, o «eşq dişləməsi»nə çevrilə bilər. Belə hesab olunur ki, orta hesabla qadınlar kişilərə nisbətən daha çox dişlərin «köməyinə» əl atırlar.
 
Eşq və ehtiras haqqında Müqəddəs təlimatda (Kama Sutra) dişləmə barəsində deyilir: «dişlənməyə izin verilən yerlər elə öpülməyə izin verilən yerlərdir. Yalnız çox həssas sahələr-üst dodaq, ağız boşluğu, gözlər və sair yerlər istisna edilməlidir».
Dişləmə sevgi oyununa yalnız hər iki tərəf üçün xoş olduqda, daxil edilə bilər. Əgər sevgi oyunu zamanı qadında, yaxud kişidə sevgilisini dişləmək istəyi oyanarsa dişlə­mənin gücünə nəzarət edilməlidir, əks halda bu, vəhşiliyə çevrilə bilər. Özü də bu halda dişlər sağlam və düz olmalı­dır. Çürük, öz bərkliyini itirmiş, əyri-üyrü və laxlayan diş­lər belə nəvazişlər üçün yaramır. 
Eşq dişləməsi «oyundaş»ın dərisinin sorulması və yüngülcə dişlənməsi yolu ilə həyata keçirilir. Dişləmə kiçik qara-qançırı xatırladan qırmızı iz qoyur. Bu nişanələr ekstaz sevgi həyəcanları başa çatdıqdan sonra belə uzun müddət həmin hadisəni yada salır. Xüsusi ilə sevgi münasibətlərinin ilk çağlarında bu sevgi nişanələrinin hər iki sevgili üçün böyük əhəmiyyəti ola bilər.
 



 
Qulaq sırğasının yüngülcə dişlənməsi — sevgi oyunu­nun ilkin, şövqləndirici hissəsidir. Boynun arxa hissəsinin yüngülcə dişlənməsi də tərəf-müqabili asan vəcdə gətirə bilər. Venera təpəciyi və fəqərə sütununun özülü də sevinə dolu həyəcanlar doğura biləcək yerlərdir. 
Məhəbbət üzrə qədim təlimatlarda dəridə qalan nişanələr üzrə təsnif edilən müxtəlif şəkilli səkkiz sevgi dişlə­məsi sadalanır.«Xəlvət dişləmə» dəridə çox tez yoxa çıxan qızartı qoyur.
«Nöqtəvari dişləmə» — dərinin kiçik bir hissəsi (məsələn, məməcik) iki dişlə dişlənilir.
"Şişvari dişləmə" — dişlər dərini yüngülcə dişləyə­rək, sanki maşacıqla dartırlar.
«Nöqtələrdən ibarət təsbeh» — dərinin kiçik hissələri bütün dişlərlə yüngülcə dişlənilir.
«Mərcanlar və daş-qaşlar» — dəri eyni vaxtda bütün dişlər (daş-qaşlar) və dodaqlarla (mərcanlar) yüngülcə dişlənilir.
«Daş-qaş zəncirəsi» — bütün dişləri «işə» salmaqla əmələ gəlir.
«Dağılmış bulud» — əyri xətt üzrə yerləşmiş ayrı-ayn nöqtələr dişlər arasındakı məsafəni göstərir. Dişləmənin bu növü əsasən döşlər və çiyinlərdə müşahidə olunur.
«Qaban dişləməsi» — sinədə, yaxud çiyinlərdə əks olunan bu diş izləri üst-üstə olan iki xətdən ibarətdir, xətlərin arasında qızartı sahəsi var.
Birinci üç dişləmə alt dodaqla edilir; «nöqtələrdən ibarət təsbeh»«daş-qaş zəncirəsi» boyunda körpücük sümüyünün batıqları üzərində və budun iç tərəfində əks olunur.
"Şişvari dişləmə", habelə «mərcanlar və daş-qaşlar» dişləməsi bir qayda olaraq sol yanaqda iz qoyur.
Qədim təlimatlar bunu da göstərir ki, «xəlvət dişləmə», "şişvari dişləmə"«nöqtəvari dişləmə» üçün ən çox yarayan yer — alt dodaqdır; «nöqtələrdən ibarət təsbeh», ha­belə «mərcan və daş-qaşlar» boyun, qoltuq və omba oynaqları, "şişvari dişləmə" habelə «mərcan və daş- qaşlar isə ən çox sol yanaq üçün yarıyır.
Beləliklə, dişləmə və cırmaqlama yaxınlıq və ehtiras hissini nümayiş etdirmək üçün istifadə oluna biləcək kəsərli vasitələrdəndir.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!