“İntim münasibətlər ailədə vacib şərtdir”

“İntim münasibətlər ailədə vacib şərtdir”
Cinsi Münasibət
10.09.2017 64
Aydınxan Əbilov: "Sosial, iqtisadi, psixoloji və intimual uyğunsuzluqlar sonda boşanmalara gətirib çıxarır”
"Azərbaycanda
xüsusən gənclər arasında boşanmaların sayı sürətlə artır ki, bunun da
əsas səbəbi sosial, iqtisadi, psixoloji və intimual uyğunsuzluqlardır”. Bu sözləri Editor.az-a açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov söyləyib.
Onun
sözlərinə görə, sərhədlər açılandan sonra ölkəmizə müxtəlif ənənələr
idxal olunmağa başladı ki, bu da öz növbəsində boşanmaların sayının
artmasına da təsirsiz ötüşmədi: "Azərbaycan dövlət müstəqilliyi əldə
edənə qədər biz daha çox şərq mentalitetinə uyğun əxlaq nümayiş
etdirirdik. Lakin dövlət müstəqilliyi əldə etdikdən sonra müxtəlif
ənənələr ölkəmizə ayaq açmağa başladı və insanların hadisələrə baxışında
ciddi dəyişikliklərə gətirib çıxardı. Xüsusən gənclərimizin qərbə və
Avropaya inteqrasiyası, ictimai rəyi formalaşdıran televiziyalarda qərb
dəyərlərinin təbliği ailədaxili narazılıqların yaranmasına səbəb oldu.
Hər hansı müğənni və aktyorun boşanmasını və iqtisadi baxımdan heç nə
itirmədiyini görən gənclər də bu məsələdə onlardan örnək götürməyə
başladılar”.
Boşanmaların
meydana gəlməsində ailədaxili uyğunsuzluqları da vacib şərt kimi
qabardan yazıçı-kultroloq hesab edir ki, bu faktın da boşanmaların
artmasında rolu az deyil: "Bəzən valideynlər öz övladlarını
tələm-tələsik evləndirməyə sövq edirlər. Onlar arasında xasiyyət,
intimual uyğunluqların olmaması isə sonda acı nəticələrə gətirib çıxarır.
İntim münasibətlər ailədaxili münasibətlərin formalaşmasında vacib
amildir və buna xüsusi diqqət yetirmək lazımdır”.
Dövlət
qurumlarının və vətəndaş cəmiyyəti insitutlarının da bu məsələdə
fəallığını vacib sayan ekspert gənclər arasında maarifləndirmə işinin
aparılmasını və onlara ailə dəyərlərinin düzgün aşılanmasını gələcəkdə
baş verəcək boşanmaların qarşısının alınmasında xüsusi rolu olduğunu
bildirdi.
Azər Niftiyev

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!