İntimin insan orqanizminə təsiri

İntimin insan orqanizminə təsiri
Cinsi Münasibət
10.09.2017 18





intim
orqanizmimizə çox müsbət təsir edir. Və bu faktın bir çox təsdiqi
vardır. Məhz intimdən sonra biz sanki yeniləşmiş kimi və güclə dolu
oyanırıq. intimual məmnunluq bizə bir çox müsbət emosiyalar bəxş edir və
sağlamlığımızın yaxşılaşmasına səbəb olur. Bu necə baş verir?


Birincisi, intimi gimnastika əvəzi istifadə etmək olar. Necə deyirlər,
xoş davranışı faydalı işlə birləşdirmək mümkündür. Sevgi ilə uzun müddət
yaxşı tempdə məşğul olduqda insan trenajor zalında ki qədər enerji sərf
edir. Bundan başqa, cinsi əlaqə zamanı kötük parçası kimi uzanmayaraq
(xüsusilə bu qadınlara aiddir), əksinə aktiv hərəkət edərək arıqlamaq
mümkündür. Qadınlar bunu nəzərə alsalar, onlar partnyorlarına nəinki əsl
həzz hissi bəxş edəcək, 1-2 kq. ata biləcəklər. İş ondadır ki, aktiv
fraksiya hərəkətləri edərkən insan öz ürəyini daha aktiv işləməyə məcbur
edir, bu zaman çoxlu enerji sərf edilir və nəticədə piy hüceyrələri
"yandırılır”. Bununla belə, intimlə məşğul olarkən çanaq, döş qəfəsi,
əl, sağrı (yan) əzələləri yəni trenajor zalında səylə işlətdiyimiz
əzələlər hərəkətə keçir. intimin da faydası həmçinin ondadır ki. onunla
məşğul olarkən insan orqanizmində doyma və rahatlıq hissi verən
serotonin maddəsi emal edilir. Bu hissi biz dadlı və doyumlu yemək
yeyərkən duyuruq.



Orqanizmin fiziki möhkəmləndirmə vasitəsi kimi
intimin bir üstünlüyü də vardır: intim vətərlərin elastikliyini inkişaf
elətdirir və onu cəsarətlə oynaq xəstəliklərin profilaktika vasitəsi
adlandırmaq olar. intimlə məşğul olma hərəkət iştirakçılarının gimnast
elastikliyinə malik olmalı olduğunu güman edir o şərtlə ki, hər partnyor
fiziki aktivlik göstərir.

intim zamanı kişi testosteron hormonunun
emalı yüksəlir, bu isə sümük və əzələlərin profilaktikasıdır. Bundan
başqa, intimlə məşğul olan kişilərin daha güclü ürək əzələsi vardır, bu
isə o deməkdir ki, onlarda infarkt əmələgəlmə təhlükəsi intimdən boyun
qaçıranlarla müqayisədə daha aşağıdır. O ki qaldı qadınlara, onların da
intimlə müntəzəm məşğul olmasında "xeyri " vardır. Bu xoşa gələn
hərəkətləri edərkən dəri , saç və dırnaqların vəziyyətini yaxşılaşdıran
estrogen hormonun aktiv emalı baş verir.



İkincisi, intim
insanın sinir sisteminə müsbət təsir edir. Bundan başqa, intimlə məşğul
olarkən emosional vəziyyətimiz yaxşılaşır, intim vasitəsi ilə bu gün
dəbdə olan xəstəlik olan depressiyadan azad ola bilərik. Demək olar ki,
qadınların sinir sisteminə prostaqladin hormonu müsbət təsir edir. Bu
hormon spermanın tərkibində vardır və cinsi akt zamanı o uşaqlıq yolunun
divarlarına hopur. Əlbəttə bu intimlə qoruyucu asitələrsiz məşğul
olduqda baş verir. əks halda bu gözəl effekt müşahidə edilməyəcək. Lakin
qeyd etmək lazımdır ki, qoruma vasitələrsiz intim daimi partnyorlar
arasında mümkündür. Bu halda kişi qadınla prostaladinlə bölüşə bilər və
bu hormon qadının daha təmkinli və sakit olmasına səbəb olur. Demək
lazımdır ki, qadında öz estrogen hormonlarını verərək borclu qalmır,
onlar isə damar divarlarının əla möhkəmləndiriciləridir və trombların
əmələgəlməsinə mane olur.



intimi əla sakitləşdirici vasitə
adlandırmaq olar. Uzun müddət intimsiz qalan qadının səbəbsiz əsəbi,
təcavüzlü olması ,qıcıqlanması və onunla ünsiyyət qurmaq mümkün olmadığı
hallı tez-tez müşahidə etmək olar. Və əksinə, qadının intimual həyatı
düzəldikdə, o. dərhal sakit, xoşməramlı ünsiyyətcil olur. İş
hormonlardadır. Cinsi hormonlar "sahibinin” özünü saxlaması ilə bağlı
özlərini çıxış yolu tapmayaraq başqa nədəsə çıxış yolu axtarır. Məhz
bununla uzun müddət intimi olmayan xanımların səs-küylü davaları və hər
hansı bir narazılıq haqqında bəyanları bağlıdır. daimiliklə və
müntəzəmliyi ilə seçilən intimual həyat insana intimual rahatlıq (boşalma)
verir və o, çətin vəziyyətdə özünü ədəb hüdudlarında saxlayır,
agressiyanı boğa bilir və ümumiyyətlə həyatın bütün təzahürlərində həzz
alır.



Bundan başqa. intimlə məşğul olduqda sevinc hormonu
endorfinin emal edilir. Bu hormonu həmçinin təbii narkotik
adlandırırlar. Onun sayəsində orgazm zamanı həzz hissi duyuruq. Sevgi
ilə məşğul olduqdan sonra biz tam rahatlıq və səadət hissi duyuruq.
Bundan əlavə. endorfinin qanda yüksək səviyyəsi immunitetin
möhkəmlənməsinə səbəb olur.



Və nəhayət, üçüncüsü, intimi ağrıkəsici vasitə kimi istifadə etmək olar.

Çoxları
müşahidə edirlər ki, intimdən sonra uzun müddət əziyyət verən, rahat
qoymayan ağrı harasa yox olur. İş ondadır ki, intimə məşğul olma başqa
bir vacib oksitosin hormonunun emalına gətirir, bu hormon ağrıkəsici
xüsusiyyətə malikdir. Belə ki, əziz xanımlar. əgər sizin həqiqətən
başınız ağrıyırsa (və siz sadəcə ər-arvad münasibətlərindən boyun
qaçırmaq üçün fürsət axtarırsınızsa) ən yaxşı üsul intimə məşğul olmadır,
axı yaxşı intim başağrısından heç izdə qoymayacaq. Həmçinin siz ağrıdan
yata bilmirsinizsə intimlə məşğul olun. Bu halda intim effektiv rol
oynayacaq. Müntəzəm intimlə məşğul olma aksitosinin qanda yüksək miqdarın
saxlanılmasına səbəb olur və bu ağrının təbii sərhədini azaldır.


Bundan başqa. unutmayın ki kişinin ömrünün uzunluğu onun nə qədər
tez-tez və müntəzəm intimlə məşğul olmasından aslıdır. Kişinin cinsi
həyatı tutumlu olmalıdır. Yaşlı dövrdə (45 yaşdan sonra) həftədə bir
dəfədən az olmayaraq intimlə məşğul olursa o, daha uzun ömür yaşayır. Bu
fakt alimlər tərəfindən çoxdan öz təsdiqini tapmışdır.



Sonda
demək istəyirik ki öz imkanlarınız və partnyorunuzun tələbatı və imkanı
arasında məntiqli kompromis tapmaq lazımdır. Az təsadüf edilmir ki kişi
zəif cinsi konstitusiyaya malikdir və onun intimual qəhrəmanlıqları orta
səviyyədədir. Qadını isə ondan imkanından kənar olan intim istəyir. Kişi
Viaqra kimi stimullaşdırıcı vasitələrə əl atmalı olur. Bu isə orqanizm
üçün çox ağırdır. Bu cür vasitələrin tez-tez qəbul edilməsini orqanizmin
tükənməsinə gətirir. Belə ki, təkcə özünüz deyil yarınız haqqında
düşünün. Bu halda intimual həyatınız harmoniya əldə edəcək və sizə
xoşbəxtlik, sağlamlıq və bütün işlərinizdə uğurlar gətirəcək.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!