İntim müəllimi danışır...

İntim müəllimi danışır...
Cinsi Münasibət
10.09.2017 53
"Qadınların problemi orqazm ola bilməməkdir” 
Sevgilinizlə
dəlicəsinə sevişirsiniz. Elə bu vaxt qıraqdan biri: "İndi bir az yumşaq
toxun”,- deyir. Bunu deyən adam sizin intim müəlliminiz Erik Amarantdır.
O, indiki dövrün ən peşəkar intim müəllimlərindən biridir. İşi siz
intimlə məşğul olanda faydalı məsləhətlər vermək, düzgün davranmağı
öyrətməkdir.
Erik Amarant kimdir?

Amarant əslində psixoloqdur. ABŞ-ın Virciniya əyalətindəki Uilyam və
Meri Universitetinin psixologiya fakültəsində oxuyub. intimi öyrənməyə
başlayıb və indi 82 yaşı olan intimoloq Betti Dodsondan xüsusi dərslər
alıb. 10 il onunla birgə işləyib. İndi 36 yaşı var Amarantın. Sevgilisi
ilə də münasibətləri əladır.
"intim barədə rahat danışan qızlar çox intimual görünürlər, məncə. Sevgilim də onlardan biridir”, - deyir.
- intim müəllimi necə işdir? Nə edirsiniz?
- intim elə mövzudur ki, bu barədə heç kim heç kimə məsləhət verə
bilmir. Psixoloqlar, psixiatrlar var, amma onlar ancaq intimlə məşğul ola
bilməyənlərin psixoloji problemlərini həll edirlər. Onların işləri
fiziki və ya zehni həzzi artırmaq deyil. intim müəllimlərinin isə məqsədi
məhz budur: həzzi artırmaq. Elə bil, boks müəllimi şagirdinə boksu daha
yaxşı oynamağı öyrədir.
- Yaxşı, bəs bunu necə edirsiniz? Hansı üsullar var?
- Əvvəlcə, cütlüklə danışıram, təxminən yarım saat. Bəzən problemlərinə
uyğun olaraq ya psixoloqların, ya da intim terapevtlərinin yanına
göndərirəm. intimual asılılığı olanlar, gənc yaşda cinsi təcavüzə məruz
qalanlarla işləmirəm. Çünki həmin sahə üzrə təhsil almamışam. Müraciət
edən insanın ərini, yaxud arvadını daha çox məmnun etmək istədiyini
görsəm, işi qəbul edirəm.
- Sizi necə tapırlar?
- Çox vaxt saytım vasitəsilə əlaqə yaradırlar.
"Skype-la intim”
- Seanslar harada olur?
- Əgər mənim kimi Nyu-York sakinləridirsə, evlərinə gedirəm, ya da
otellərin birində görüşürük. Əksər müştərilər uzaqda yaşadığı üçün çox
vaxt "Skype” vasitəsilə kömək edirəm. Etdikləri şeylərin daha yaxşı
variantını başa salıram.
- Cütlüklər sevişəndə otaqda oturursunuz? Həm də toxunursunuz?
- Toxunmağa ehtiyac yoxdur. Otağın bir küncündə oturub baxıram.
Öyrətmək istədiklərimi intim oyuncaqları və modellər üzərində başa
salıram. Cütlüklər onları narahat edən yerə qədər sevişir və dayanıb
suallarını verirlər. Əgər düzgün edirlərsə hər şeyi, səsimi çıxartmadan
işlərini bitirməyi gözləyirəm.
"Bir-birini kəşf etmək”
- Müştərilərinizin köməyə ehtiyacı olduğunu hardan bilirsiniz?
- Müştərilərimdən "mükəmməl intim” anlayışlarını soruşuram. Cəmiyyətin
"yaxşı intim belə olmalıdır” şablonlarından qurtula bilməyiblərsə, demək
intim müəlliminə ehtiyacları var. Cütlük bir-birini kəşf etməlidir.
Bəzilərinin heç "mükəmməl intim” anlayışı yoxdur. İnsanların əksəriyyəti
intim haqda çox dar fikirlərə sahibdirlər. Mən onlara əsl intimin necə
olduğunu göstərirəm.
- intim müəlliminə ancaq intim təcrübəsi kifayət qədər olmayanlar müraciət edir?
- Xeyr. Həzz almayanlar, daha çox şey öyrənmək istəyənlər də müraciət
edirlər. Hamı əvvəlcə öz bədənini, sonra partnyorunun bədənini
tanımalıdır.
"Ev tapşırığını yerinə yetirməyənlər yorur məni”
- İlk seansdan sonra reaksiya necə olur?
- Bir seansda öyrəndikləri müştərilərimi çox xoşbəxt edə bilir. Bunun
hələ başlanğıc olduğunu biləndə qarşıda nələr olacağını görmək
istəyirlər. Onlara yeni bir qapı açıram.
- Neçə müştəriniz var?
- Fərqli ölkələrdən müraciət edən 200 müştərim var. Aralarında
qadınlar, subay kişilər, cütlüklər, bəzən homointimuallar da olur.
- Sizi yoran müştəriləriniz olur?
- Verdiyim ev tapşırıqlarını yerinə yetirməyən müştərilər məni yorur.
Evdə bəzi şeyləri təcrübədən keçirməyi tapşırıram, etmirlər, onda da heç
bir irəliləyiş qeydə almaq olmur.
- intim haqda çox düşünəndə sehrini itirmir sizcə?
- İnsanların faydalana biləcəyi iki cür intim var. Birincisi, hisslərin
olduğu, ikincisi proqramlaşdırmağa ehtiyacı olan intim. Məsələn,
arvadınızdan oral intim istəyirsiniz, o da bunun necə edildiyini
bilmədiyi üçün sizi məmnun edə bilmir. Ona görə, gərək birinci
praktikada bunu öyrənsin ki, sonra hislərini qata bilsin intimə.
"Qadınların problemi orqazm ola bilməməkdir”
- Əsasən hansı problemlə qarşılaşırsınız?
- Qadınların əksəriyyəti orqazm ola bilməməkdən şikayətlənirlər. Bunun
səbəbi partnyorlar arasında intim vaxtı nevroloji əlaqənin qırılmasıdır.
Orqazma çatmaq üçün bu əlaqə qüvvətli olmalıdır. Qadınlar üçün bu, asan
deyil. Dini inancları icazə verirsə, evdə masturbasiya edərək hislərini
oyada bilərlər.
- Əgər tərəflərdən biri partnyorundan narazıdırsa, nə etməlidir?
- Mütləq oturub danışmalı, problemi həll etməyə çalışmalıdırlar. intim
müəlliminə müraciət etsinlər. Bu, hədəfə ən sürətli yoldur. intim
kitabları da oxuya bilərlər. Amma kitablarda məlumatlar ümumidir, fərdi
deyil. intim oyuncaqları da yaxşı alternativdir. Nələrdən zövq
aldıqlarını kəşf etsinlər oyuncaqlarla.
- Sağlam intim həyatı üçün nələr vacibdir?
- Mütləq sevgi olmalıdır. intimual təcrübə də olsa, əlaqələr gözəlləşər.
Müştərilərimdən də, öz intim həyatımdan da bir nəticəyə gəlmişəm: Yaxşı
intim həyatınız varsa, münasibətlərdə də bir-birinizə qarşı daha səbirli
olursunuz. Bir-birinizə verdiyiniz fiziki həzz sizə ərinizin corablarını
hara atdığını unutdurur.
Amaranta ən çox müraciət edənlər:
- intim həyatları qaydasında olmadığı üçün boşanmağa hazırlaşan cütlüklər;
- Boşalma və ereksiyanı nəzarət altında tutmaq istəyən kişilər;
- Əlaqəyə girməkdən qorxan və qorxusunu dəf etməyə çalışanlar;
- İlk orqazmlarını yaşamaq istəyən qadınlar;
- Təqlid etməkdən yorulub, həqiqi intim istəyənlər;
- Yataqda daha təcrübəli, məlumatlı olmaq istəyənlər.
Mənbə: "Tempo” jurnalıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!