intim vaxtı bədəndə qalan izlər

intim vaxtı bədəndə qalan izlər
Cinsi Münasibət
10.09.2017 17
Ehtirasın çılğın
təzahürlərindən sonra kişinin, yaxud qadının bədənində öpüş, hətta
dırnaq və diş izləri qalıbsa,onlara məhəbbət nişanələri deyilir.




Qədim
dövrün məhəbbət kitablarında eşq nişanələrinə xüsusi diqqət yetirilir
və hətta tərəf-müqabilin əllərində, boynunda, döşlərində, qarnında və
ombalarında bu cür nişanə-izlər qoymaq tövsiyə edilirmiş. İlk görüş
zamanı, ayrılıq dəmində, səfərə yola düşərkən, səfərdən qayıdarkən,
küsüşmədən sonra barışarkən və nəhayət qadın cuşa gələrkən, iki cins
arasında bu cür nişanələrin izi qalır.



Bunu ona görə edirlər ki,
insan öz keçmişini, öz təkrarsız sevgi məqamlarını unuda bilməsin. Axı
belə nişanlar bədəndə ömürlük öz izini qoyur. Hətta qocalıq dəmində də
ya¬rıpozulmuş bu nişanələr ötən günləri, keçmiş ehtiras anla¬rını
insanın yadına salır.



Ətrafdakı adamlar kişinin, yaxud qadının
bədənində "eşq nişanələrni gördükdə, bu, istər-istəməz onların intim
təcrübəsi haqqında assosiasiya yaradır və onlar instinktiv olaraq lazımi
intimual dalğaya tuşlanırlar.



Boynunda, çiynində və ya sinəsində
"eşq nişanələri" olan gənc qadınlar maqnit kimi kişiləri özlərinə cəzb
edirlər. Bədənində dırnaq və diş izləri olan kişilər barədə də həmin
sözləri demək olar. Bu cür "damğalı" kişilərə qadınlar xüsusi maraq
göstərirlər.



Qədim Hind təliminə görə cırmaq izləri vasitəsi ilə
tərəf-müqabilin bədəninin konkret yerlərinə cinsi enerjini göndərmək
olar. Erogen zonaları, sıxma nöqtələrinin və akupunktura meridianlarını
stimullaşdırmaq və bununla da enerjinin azad olunmasına və dövranına
kömək etmək üçün dırnaqlardan şüurlu sürətdə istifadə edilə bilər.



Qədim
zamanlarda Hindistanda dırnaqlara bəzən elə şəkil verirdilər ki, sevgi
oyunu zamanı bunları təyinat üzrə dəqiq tətbiq etmək mümkün olsun. Belə
hesab olunurdu ki, sevgililər bir-birlərinin bədənində "sevgi izi"
qoyanda, onların ehtirası uzun çəkir və o heç vaxt sönmür.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!