Qadınlarda kişilərin ehtirasını öldürən nədir?

Qadınlarda kişilərin ehtirasını öldürən nədir?
Cinsi Münasibət
10.09.2017 2
 
İsrail alimləri müəyyən ediblər ki, qadınların göz yaşları mürəkkəb kimyəvi tərkibinə görə kişilərə təsir edir.



Tədqiqatçıların qənaətincə, qadınların göz yaşlarının qoxusu kişilərdə ehtiras hissini öldürür. Amma eyni zamanda, o da qeyd olunur ki, tər iyindən fərqli olaraq insan üçün göz yaşı qoxusunu hiss etmək asan deyil. Keçirilən eksperiment zamanı kişilərə maye olan iki qabdan hansında göz yaşı olmasını müəyyən etmək təklif olunub. Qablardan birində melodrama baxan zaman ağlamış qadınların göz yaşları, digərində isə su və duz qarışığından ibarət maye olub. Eksperiment iştirakçıları mayeləri qoxulamaqla onları fərqləndirə bilməyiblər. Alimlər belə qənaətə gəliblər ki, göz yaşlarını qoxulamaq kişilərin əhvalına təsir etməyib. Eyni zamanda, qoxulama prosedurundan sonra kişilərə göstərilən cəlbedici qadın şəkilləri onlara elə də maraqlı və intimual görünməyib. Bundan əlavə, həmin kişilərin ağız suyunda testosteron miqdarı da azalıb. Eksperimentdə iştirak edənlər etiraf ediblər ki, onlar özlərində qəmginlik hiss etməyiblər, amma onlarda intimual ehtiras olmayıb. Beləliklə, alimlər belə bir qənaətə gəliblər ki, göz yaşları qadınlar üçün müdafiə vasitəsidir. Çünki bununla onlar kişilərdə ehtirası aşağı salır və bu yolla özlərini müdafiə edirlər.
скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!