Ən ehtiraslı kişilər və ya qadınlar kişiləri necə bəyənirlər?

Ən ehtiraslı kişilər və ya qadınlar kişiləri necə bəyənirlər?
Cinsi Münasibət
10.09.2017 191
Özünü çəkici, yaraşıqlı və centlmen hesab edirsən. Qızlar da səni
olduğun kimi qəbul edirlər. Subay dostlarına qızla tanış olmağın
yollarını
başa salıb, özündən ağızdolusu danışırsan. Qadınların sənə ünvanladığı
təriflər
başını gicəlləndirir. Elə bir qız yoxdur ki, sənin təkliflərini qəbul
etməsin.
Səncə, bu uğurları centlmen olduğuna görə qazanırsan? Sən saydığını say,
gör
qadınlar nə sayır...

Arxadan baxış
Kişilərin çoxu düşünür ki, qadınları enlikürək və
hündürboy oğlanlar cəlb edir. Amma əsas məsələ arxadadır. Möhkəm arxa nəinki
kişiləri, sən demə, elə qadınları da cəlb edirmiş. Qadın ilk baxışdan oğlanın
arxasına göz gəzdirib, onunla tanışlığa razı olur. Fizioloqların gəldikləri
qənaətə görə, arxası möhkəm olan kişi ən ehtiraslı hesab olunur.


Məsləhət: Seksual görünmək istəyirsənsə, bir ay ərzində, səhər və axşam 30 dəfə
oturub-dur. Bu hərəkət arxanı möhkəmlətməyə kömək edib, ehtirasını maksimum
həddə çatdıracaq.


Ucaboy və enlikürək
Hündür oğlan cəmiyyət arasında ilk baxışdan seçilir.
Enlikürək olmağı isə onu daha da cəlbedici göstərir. Qadınlar düşünürlər ki,
boyca hündür olan oğlan yataqda da kifayət qədər ehtiraslıdır. 


Məsləhət: Digər boyun səni narahat edirsə, gəzəndə belini dik saxla. Qozbellik
86% kişiləri narahat edir. Qeyd edək ki, bu problem boyun uzanmasına mane olur.


Arıq, yoxsa kök?
Müasir qadınlar nə bosketbol oyunçusunu, nə də sumo
güləşçisini sevirlər. Onları orta boyda və normal çəkidə olan oğlanlar maraqlandırır.
Psixoloqların qadınlar arasında keçirdikləri sorğuya əsasən, 15% qadınlar arıq
oğlanları, 69% qadınlarsa dolu bədənli oğlanları bəyənirlər. Çünki ortabədənli
kişinin qanında olan «estrogen» onu ürək-damar xəstəliklərindən qoruyur. Arıq
oğlanda bu maddə azlıq təşkil edir. Demək, qarınlı oğlanlar daha seksual olub,
arıqlardan çox yaşayırlar. 


Tüklü oğlanlar ehtiraslıdır?
Aparılan sorğu nəticəsində bəlli oldu ki, qadınların
7%-i çox tüklü, 54%-i orta tüklü, 89%-i isə sinəsi tüksüz oğlanları bəyənirlər.
Seksoloqların fikrincə, intim yaxınlıq zamanı tük qadının bədəninə toxunaraq,
onu daha da ehtiraslandırır. 


Kişilərin ehtirası nədən bilinir?
Kişi gözü ilə
əzələli bədənindən - 21%
əzələli qollarından- 18%
cinsiyyət orqanından- 15%
hündür boyundan- 13%
arıqlığından- 10%
başqa əlamətindən- 23%
Qadın gözü ilə
Baldırlarından- 39%
Hündür boyundan- 11%
Köklüyündən-11%
Tüklü sinəsindən- 7%
Arıqlığından- 5%
Başqa əlamətindən- 27%скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!