Niyə cinsi əlaqə ilə məşğul oluruq?

Niyə cinsi əlaqə ilə məşğul oluruq?
Cinsi Münasibət
10.09.2017 33
Cinsi Sağlamlıq İnstitutu mütəxəssisləri insanların niyə sekslə məşğul olduqlarına dair araşdırma aparıblar.
İnsan doğumundan etibarən cinsi bir varlıqdır və yaradılışı ilə
əlaqədar olaraq da cinsəlliyi yaşamaq istəyir. Bir başqasıyla cinsəlliyi
paylaşmanın ən sevgi dolu proseduru sekslə məşğul olmaqdır.
Yaxşı, bəs görəsən seksin məqsədləri nələrdir? Seksin zövq almaqdan başqa bir məqsədi vardırmı?

Cinsəllik və seks fərqli anlayışlardır!


Cəmiyyətimizdə cinsəllik və seks anlayışlarının bir-birinə
qarışdırılır. Halbuki cinsəllik; psixoloji, fizioloji və sosioloji
istiqamətləri olan çox ölçülü bir anlayışdır. Adamın cinsiyyəti, səs
tonu, geyimi, saç şəkli, gedişi, oturuş şəkli, cinsi şəxsiyyəti
cinsəlliyinin bir parçasıdır. Seks isə; bir-birini sevən iki insan
arasında yaşanan bir hərəkətdir; bura toxunma, öpüşmə, sevişmə kimi
hərəkətlər daxildir; sevginin və zövqün, ruhun və bədənin paylaşmasıdır.

Qadınların seksdən zövq alması ayıb sayılır..


Qədim dövrlərdə seks yalnız artım məqsədli bir hərəkət olaraq
görülərdi. Zövq almaq, xüsusilə də qadınların seksdən zövq alması
qadağan edilmişdi və xoş qarşılanmazdı. Bu vəziyyət ölkəmizdə də bəzi
bölgələrdə hələ indi də öz qüvvəsini saxlamaqdadır.
Tarix boyunca seksin tabu olduğu, yalnız müəyyən bir zümrənin etməyə
haqqı olan bir hərəkət olaraq görüldüyü dövrlər olduğu kimi,
azadlıqların sərhədsiz yaşandığı və hər cür cinsi hərəkətin sərbəst
olduğu dövrlər və cəmiyyətlər də mövcud olub. İndiki vaxtda seksin artım
məqsədi ikinci planda olub, ən əhəmiyyətli məqsədi zövq almaq halına
gəlib.
Seks yalnız zövq almaq və zövq vermək üçün edilən bir hərəkət olaraq
anlaşılsa da əslində şüur altında bundan daha çoxu vardır. İnsanlar
fərqli psixoloji ehtiyaclarından ötəri də sekslə məşğul ola bilərlər.
Qarşı cins tərəfindən bəyənilmək, arzulanmaq, seçim edilmək adamın
içində var olan etibarsızlıq və dəyərsizlik duyğularını təmin etməsinə
köməkçi ola bilər.
Adam qadınlığını və ya kişiliyin sübut etmək üçün seksual bir vasitə
olaraq istifadə edə bilər. Bundan əlavə, bəziləri keçmişdə yaşanılan
mənfi bir təcrübənin intiqamını başqa kəslərlə seks edərək ala bilər.
Bunların xaricində seksin digər məqsədləri arasında, yaxınlıq
ehtiyacı, qarşımızdakı insanı yaxından tanımaq, yeni həyəcanlar dadmaq,
birini xoşbəxt etmək ya da mükafatlandırmağı də saya bilərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!