Tarixdə qadının cinsi ehtiyaclarını dilə gətirməsi…

Tarixdə qadının cinsi ehtiyaclarını dilə gətirməsi…
Cinsi Münasibət
10.09.2017 39
Qadının cinsi ehtiyaclarını dilə gətirməsi hələ də ayıb sayılır.
İnsanlıq tarixi yalnız böyük döyüşlərdən və icadlardan ibarət deyil,
eşq və cinsəlliyin də tarixi vardır. Baxmayaraq ki, hələ dünyanın bir
çox ölkəsində, qadının cinsi ehtiyaclarını dilə gətirməsi ayıb qəbul
edilir …
Halbuki bundan 937 il əvvəl, Normandiyalı qadınlar
kralın hüzurunda belə cinsi tələblərini dilə gətirdilər. O dövrdə
kişilər, ömürlərinin böyük hissəsini döyüş meydanlarında keçirərkən,
qadına düşən evdə oturmaq və fürsət tapdıqca hamilə qaldığı uşaqlara
baxmaqdan ibarət idi. Bu vəziyyətlə barışmayan qadınlar zaman-zaman kral
sarayı qarşısında "biz ərlərimizi istəyirik” tələbi ilə üsyan
edirdilər.

Qədim dünyada


Yonulmuş daş dövründə kişi ovlayır, qadın bitki toplar və ovları
bişirərdi. Buzlaq çağının sonunda, əkinçilik və heyvandarlıq ovçuluğa
yerini ötürməyə başladı. Sürətlə çoxalan insan birlikləri oymaqlar
meydana gətirdi. Xüsusi mülkiyyətin ortaya çıxmasıyla birlikdə
suverenlik kişinin əlinə keçdi.
Lakin qadın, ictimai və dini həyatda əhəmiyyətli bir yerə sahib idi.
Evlilik zadəganların haqqı idi. İrsin qorunması üçün ailə içi
evliliklərə icazə verilirdi.
Babil
Qadınlar kişilər qədər olmasa da, cəmiyyətdə əhəmiyyətli rollara
sahib ola bilirdilər. E.ə 2000-ci ildə Kral Hammurapi 64ü ailəylə
əlaqədar 252 maddəlik qanun çıxardı. Bu qanuna görə boşanmada qadın və
kişi bərabər haqqlara sahib idi.
İsrail: Musadan əvvəl yaxın qohum evliliyi sərbəst idi, daha sonra qadağan edildi.
Qədim Yunanıstan: Evlilik iqtisadi və ictimai bir
ortaqlıq olaraq görülürdü. Kişi bu ortaqlığın mütləq sahibi idi. Dəyişik
cinsi meyllər açıqca dilə getirilirdiu. Qadın və kişi homoseksuallığı
normal qarşılanırdı.
Roma: Evlilik əhəmiyyətli bir ictimai təşkilat
sayılırdı. Fahişəlik geniş yayılmış və normal qarşılanan, əyləncəli bir
peşə halını almışdı. Sədaqətsizlik üst siniflər arasında məşhur idi.
Xristianlıq sonrası: Xristianlıq cinsi mövzularda
Yəhudilikdən və Köhnə Yunan sivilizasiyasından izlər daşımaqdadır.
Yunanıstanda Eros cismani eşqi, Agape isə ruhi eşqi təmsil edirdi. Bu
ayrı-seçkilik xristianlıqda davam etmiş, ancaq fiziki eşq kiçik hesab
edilər və psilənərək, ruhi eşq ucaldılardı.
19-cu əsr sonunda Freudun cinsiliyi fərqli şəkildə yenidən gündəmə
gətirən yazıları və 20-ci əsr başında Kinseyin işləri Victoria dövrünün
"Yaxşı qadın cinsi istəkləri olmayan qadındır” düşüncəsini sarsıtdı.
Ardından gələn II. Dünya Döyüşü bütün dünyanı olduğu kimi anlayışları və
dəyərləri də yıxdı; kökdən dəyişdirdi. 1960-cı və 70-ci illərin cinsi
inqilab hərəkətlərinə zəmin hazırladı.
1902-ci illər isə AIDSin də köməyiylə, cinsi inqilabın sürətinin kəsildiyi və ailə təşkilatının yenidən gücləndiyi illər oldu.
Oğuzlar, Osmanlılar, Türklər: Köçəri Oğuzlarda qadın kişisiylə eyni səviyyədə idi. O qəbilənin rəhbərliyində rol alar, istehsaldan payını ala bilərdi.
Osmanlı dönemində isə iki fərqli qadın tipi ortaya
çıxdı. Anadoludakı kəndli qadın istehsalçı şəxsiyyətiylə ev içindəki
gücünü qoruyurdu. Paytaxt İstanbuldaysa kişinin çox yoldaşlılığı daha
məşhur bir hal almış və qadını Hərəmə qapatmışdı. Lakin Türkiyədə Cumhuriyətlə birlikdə qadının cəmiyyətdəki yeri dəyişdi, kişisi ilə
bərabər deyilsə belə ona daha yaxın bir ictimai güc qazandı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!