İntim həyata yenilik qatmağn yolları

İntim həyata yenilik qatmağn yolları
Cinsi Münasibət
10.09.2017 20
Cinsəl həyatı rəngləndirməyin yolları 



Davamlı
olaraq eyni vəziyyətdə cinsi münasibətdə olmaq zamanla sıxıcı olur. Bu
həm sizin, həm də sevgiliniz üçün keçərlidir. Bu halda münasibətlərə bir
az həyəcan qatmaqda fayda var. 



Hər şeydən
əvvəl seksin vəzifə olduğunu düşünməyin. Bunu daha zövqlü və əyləncəli
hala salmağın əsas yolu özünüzü seksual hiss etməkdir. Bunun üçün
dərinizə xüsusi qulluq göstərməlisiniz. Bu işə ayaqları xoşagəlməz
tüklərdən xilas edərək başlayın. Ardından vücudunuza parlaqlıq verən
kremlər çəkin. Bu kremlər sayəsində həm sevgilinizin ağlını başından
alacaq, həm də yumşaq və qüsursuz dəriyə yiyələnəcəksiniz. Yumşaq və
parlaq dəri ilə özünüzü rahat, seksual və cazibədar qadın hiss
edəcəksiniz. 



Ardından isə seksual alt geyimi
seçin. Bunun üçün mütləq bahalı alt geyimləri almaq lazım deyil. Demək
istədiyimiz odur ki, qalın corab və güllü pijamalardan uzaq olun. Bədən
quruluşunuzu daha gözəl göstərən alt geyimləri geyinin. 



Sevgiliniz sizin yumşaq dərinizə toxunarkən, bir yandan tüllü alt geyimlərinin ağlını başından almasına icazə verin. 



Mütəxəssislər, həzin musiqi dinləməyi də tövsiyə edir. Həzin musiqi sizi ehtirasa gətirməyə kömək edəcək. 



Son
məsləhətimiz isə cəsarət tələb edir. Yəni, cinsi münasibətdə olmaq
istədiyinizi bu dəfə birinci siz deyin. Bunun üçün özəl bir gün olmalı
deyil. Sevgiliniz və siz də çox yorğun ola bilərsiniz. Lakin günün
stressini və yorğunluğunu sekslə atmaq mümkündür. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!