Romantik seks üçün nə etməli?

Romantik seks üçün nə etməli?
Cinsi Münasibət
10.09.2017 154
Seks həyatınıza romantika əlavə etməyə nə deyirsiniz? Həm romantik, həm də seksual olmaq üçün bunları etmək kifayətdir. 



Mesaj yazın – Münasibətlərinizə həm romantizm, həm də ehtiras əlavə etmək üçün
həyat yoldaşınızın telefonuna "Səni elə indi görmək istəyirəm, kaş ki,
yanımda olsaydın” tipli mesajlar göndərin 



Parfumla özünüzü xatırladın – İlk dəfə görüşdüyünüz gün vurduğunuz parfum onun hafizəsinzdən heç
vaxt silinmir. Qoxu üzrə mütəxəssislər qoxuların çox qüvvətli təsirə
malik və xatırladan xüsusiyyətə malik olduğunu söyləyirlər. Həmin
qoxunun eynisindən işlədərək romantik vaxtlarınızı, ilk tanışlığınızı
xatırlda bilərsiniz...



Yarı çılpaq qalın
Münasibətlərinizin ilk aylarındakı utancaqlığınızı xatırlayın. Həmin
həyəcanı yaşamağa nə deyirsiniz? Eyni ilə ilk görüşdəki kimi utancaq və
çəkingən qadın rolunu oynayın. Tamamilə soyunmayın, alt geyimlərini
çıxarmaq zövqünü həyat yoldaşınıza yaşadın. 



Birlikdə ehtiraslı hekayələr oxuyun – Yatağa girin və həyat yoldaşınıza yüksək səslə ehtiraslı roman, ya da
hekayə oxuyun. Bir az oxuduqdan sonra kitabı həyat yoldaşınıza verin və
oxumağa o, davam etsin. Deməyə utandığınız şeyləri kitabdan oxuyur kimi
söyləmək şansınız da yarana bilər. Bu oyun erotik film təsiri yaradaraq
ikinizin də seks istəyini artıra bilər. 



Toxunun – Kobud toxunuşlar hər zaman seksuallıq demək deyil. Bir-birinizə asta
hərəkətlərlə toxunmağa çalşın. Çətin hiss edilən toxunuşlar vücuda
fərqli elektrik verir. 



Aroma yağlar – Toxunuşları romantik masajla əvəz etməyə nə deyirsiniz? Aramo
yağlarını əllərinizə tökərək, ya da öz bədininizə bu yağlardan çəkdikdən
sonra ona sarılaraq ayaqlarınız və əllərinizlə masaj edin. 



Qaşıq pozisiyasında qucaqlaşın – Qadın və kişinin yan-yana yatıb iç-içə qucaqlaşdıqları pozisiya, ən
romantik, ən sevgi dolu seks pozisiyalarından biridir. Yan-yana
uzandıqdan sonra birlikdə nəfəs alıb-verməyə başlayın. Bu formada
bir-birinizin bədən dilindən təsirlənib özünüzü həyat yoldaşınızın
ruhunun bir parşası kimi hiss edəcəksiniz. 



Seksdən sonrakı romantizm – Seksdən sonra aranızdakı istiliyi uzadın. Birlikdə duşa girin və qucaqlaşaraq yatın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!