Qadınların intim istəkləri

Qadınların intim istəkləri
Cinsi Münasibət
10.09.2017 55
Hər bir xanım ilk öncə diqqət və qayğıya ehtiyac duyur. Lakin
xanımların da kişilər kimi intim istəkləri də mövcuddur.


Romantika

Qadınlar əvvəl bir az romantikayla başlayan sevişmələrdən
xoşlanırlar. Amma bu romantikanın dozasını yaxşı nizamlamaq lazımdır.
Onu da qeyd edim ki,sevgi kəpənəyi kimi hey fəzalarda uçan bir kişi də
heç cazibədar deyil.
Qadınlar ünsiyyət qurmaq istəyir

Qadınlar yalnız normal həyatlarında deyil, seks əsnasında da daim
tərəf müqabiliylə ünsiyyətdə olmağı istəyərlər. Çox qadın sevişmə
əsnasında danışmaqdan xoşlanar. Xeyr, təbii ki, bu, günorta yeməyində nə
yediyi haqqında deyil! Seks arzusunu təhrikedici dialoqlardan bəhs
edirik.
Qadınlar daim diqqət gözləyir

Qadınlar sevişmədən dərhal sonra sanki qısa müddət əvvəl sevişmək
üçün can atan, həyəcanlı və cəld davranan o deyilmiş kimi, dərhal
geyinib evdən çıxan, televiziya izləməyə qaldığı yerdən davam edən, ya
da dərhal yuxuya gedən kişilərə əsəbləşirlər. Sevişmə sonrası asan
yuxuya getmək kişilər üçün hormonal bir zərurət ola bilər. Amma bəs
televiziya seyr etmək? Qadınlar sevişmə sonrası da özlərinə göstərilən
marağın davam etməsini istəyirlər.
Həzz nöqtələri

Qadınlar yataqda özlərini təmin edə bilən kişi istəyir. Qadın
bədənini tanıyan, qadın bədəninin zövq nöqtələrini kəşf edən kişilər
şanslıdırlar.
Erkən boşalma

Qadınlar yataqda erkən boşalan kişilərdən nifrət edirlər, hər dəfə o
gözəl anları yarıda saxlamaq heç bir qadının dözəcəyi bir şey deyil.
Gec boşalma

Qadınlar saatlarla boşala bilməyən kişilərdən də bezardırlar. Çox
qadın çoxdan orqazma çatdığı halda kişinin boşalmasını gözləməkdən
sıxılır. Ayrıca müddət uzandıqca yaşadığı zövqü də unutduğu üçün bu
sevişmədən heç bir həzz almırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!