Xərçəngin müalicəsində seksin FAYDALARI

Xərçəngin müalicəsində seksin FAYDALARI
Cinsi Münasibət
10.09.2017 18
Hazırda geniş yayılmış xərçəng  xəstəliyi  qadın və kişinin cinsi
münasibətlərinə həm fiziki, həm də psixoloji cəhətdən təsirlər göstərir.
Seks zamanı bu kimi problemlərlə qarşılaşan cütlüklər həkim, psixoloq
və onlarla eyni cür problemləri yaşayan digər cütlüklərlə bu haqda
danışmaqla həll yolu tapa bilərlər.
 
Türkiyə mətbuatına istinadən məlumatına görə, xərçəng
xəstəliyinə yoluxmuş insanlarda seksə olan marağın azalması psixoloji
hal kimi qiymətləndirilir. Fiziki cəhətdən bəyənilməz halda olduğu üçün
xəstəliyin daşıyıcısı olan tərəf seksə marağını itirir. Xəstəliyin
müalicəsi zamanı çəki itirmə, saçların tökülməsi, əməliyyat nəticəsində
qadınların döşlərinin kəsilməsi, necə olacaq deyə fikir etmək,
depressiya yaşamaq insanda cinsi istəksizliyə səbəb olur. Eyni zamanda
xəstəlik zamanı yaşanan halsızlıq, ishal, qəbizlik, yorğunluq, ürək
bulanması, qadınlarda süd vəzin, kişilərdə prostat vəzin əməliyyatından
sonra hormonların azalması da cinsi istəksizliyə səbəb olan
amillərdəndir.
 
Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis Qönçə Saraç deyir ki,
xəstəlik zamanı cinsi münasibətdə olarkən kişilər ən çox ereksiya
problemləri, qadınlar isə ağrı ilə qarşılaşırlar. Kişilərin cinsi
istəyinə təsir edən xəstəliklərə sidik kisəsi, prostat, düz bağırsaq
xərçəngi daxildir. Özəlliklə prostat xərçənginin əməliyyatı zamanı
genetik sinirlərin zərər görməsi kişilərdə cinsi zəifliyə səbəb olur .
 
Həkim Saraç xəstəliyin cinsi həyata göstərdiyi təsiri azaltmaq üçün
bəzi məsləhətlər verib: "Müəyyən olunmuşdu ki, xəstəliyin müalicəsi
zamanı cinsi yaxınlıq etmənin heç bir zərəri yoxdur, əksinə, sevgilə
yaşanan hər bir cinsi yaxınlıq xəstənin əhvalının yüksək olmasına kömək
edir. Xəstə kimyaterapiya müalicəsi gördükdə infeksiyadan qorunmaq üçün
cinsi yaxınlıqdan uzaq olmalıdır. Xəstə olan qadın xəstəlik zamanı
hamilə qalmamaq üçün həkimin məsləhətlərinə əməl etməlidir. Müalicə
zamanı qadının hüceyrələrinin zərər görməməsi və müalicədən sonra hamilə
qala bilməsi üçün müalicədən əvvəl sperma və yumurtalıqlar
dondurulmalıdır".
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!