Cinsi fəaliyyəti artıran dərmanlar

Cinsi fəaliyyəti artıran dərmanlar
Cinsi Münasibət
10.09.2017 70
Cinsi münasibətlərdə fəallıq çox önəmli faktorlardan biridir. Bəzən
bu fəallığı artırmaq üçün müxtəlif preparatlardan istifadə olunur.
Şəhərdə fəaliyyət göstərən apteklərdə də şifahi olaraq bu faktı
təsdiqləyirlər.
Satıcıların bildirdiyinə görə, əvvəllər bu tip preparatlardan daha çox yaşlı nəslin nümayəndələri istifadə edirdilərsə, son zamanlar gənclər nədənsə üstünlük təşkil
edir. Həkimlər isə bu tip preparatlardan istifadə zamanı son dərəcə
ehtiyyatlı olmağı məsləhət görür.
Bir çox hallarda dərman vasitələri apteklərdə reseptsiz satıldığından
nəzarət yoxdur. Gənclər arasında formalaşan fikrə görə, bu tip
dərmanlar cinsi aktivliyi artırır.
Əslində zərurət yarandığı halda 40-45 yaşdan sonra sendinofil
tərkibli dərmanlardan istifadə tövsiyyə olunur. Amma bu tip
preparatlardan istifadə edərkən yalnız həkim göstərişi və nəzarəti
vacibdir. Əks halda nəticə acı ola bilər.
Mütəxəssislər deyir ki, cinsi aktivliyi artıran preparatlar zəhərlənmə vermir. Onlar ancaq qan dövranını
artırdığından təzyiqin yüksəlməsi, burundan qan açılma, allergik
təsirlərlə özünü göstərə bilər. Ona görə bu tip dərmanlardan yalnız
həkim nəzarət və göstərişi ilə istifadə etmək və diqqətli olmaq
lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!