Hansı yaş fərqi intim uyğunsuzluğa və xəyanətə səbəb olur?

Hansı yaş fərqi intim uyğunsuzluğa və xəyanətə səbəb olur?
Cinsi Münasibət
10.09.2017 32
Azərbaycanda boşanmaların sayının artması faktdır. Statistikaya nəzər
salanda vəziyyətin kifayət qədər təhlükəli olduğu aşkar görünür.
Məsələn, ilin əvvəlindən 37,9 min nikah və 5,7 min boşanma qeydə alınıb.
Ölkə əhalisinin hər 1000 nəfərinə 2012-ci ilin müvafiq dövrünə nisbətən
nikahların sayı 7,4-dən 8,2-ə qədər artıb, boşanmaların sayı isə
dəyişməyərək eyni səviyyədə (1,2) qalıb. Birinci nikaha daxil olanların
orta yaşı kişilər arasında 27,1, qadınlar arasında isə 23,7 yaş təşkil
edir. Bu göstəricilər cari ilin ilk 6 ayı üçündür.
Son vaxtlar
boşanmaların səbəbi kimi ortaya atılan daha bir səbəb maraq doğurur –
intim uyğunsuzluq. Söhbət intim uyğunsuzluqdan gedirsə, deməli, yaş
faktoru mütləqdir.
Qadınlar.Biz müxtəlif ekspertlərlə yaş fərqinin intim uyğunsuzluqda və boşanmalarda nə dərəcədə rol oynadığını araşdırmağa çalışıb.
Uroloq-androloq
Rauf Rzayevə görə, yaş fərqinin çox olması seksual uyğunsuzluq yarada
bilir. Mütəxəssis hesab edir ki, 40-50 yaşlı kişinin 30-40 yaşlı həyat
yoldaşı seksual həyatının başlanğıcında olur: "30-40 yaş qadın üçün ən
gözəl vaxtdır. Orda seksual yetməməzlik baş verir. Ailədə seksual
yetməməzlik münasibətlərə də mənfi təsir göstərir”.
Mütəxəssisin
fikrincə, tibbi baxımdan qadınla kişi arasında maksimum 8-10 yaş fərq
ola bilər. Fərq bu həddi keçirsə, əksər hallarda intim uyğunsuzluğa
gətirib çıxarır, yekunda münasibətlər gərginləşir, soyuqlaşır və boşanma
ilə nəticələnir. Bəs evlilik üçün ideal yaş fərqi neçədir?
"İdeal yaş fərqi 2-6-dır”.

Bəs
qadının kişidən kəskin fərqlə böyük olması münasibətlərə necə təsir
göstərir? Ekspertə görə, adətən belə münasibətlər evlilik çərçivəsində
baş vermir: "30 yaşlı kişinin həyatında 50 yaşlı qadın varsa, kişidə
seksual həvəs get-gedə azalır. Bu artıq ailə deyil, başqa münasibətdir.
Bu tip ailənin də başqa problemi ola bilər. Qadına daha uyğundur ki,
kişi yaşda ondan böyük olsun”.
Kəskin yaş fərqi xəyanətə səbəb olurmu?
Ekspertin
fikrincə, xəyanət təkcə seksual problemlə bağlı deyil: "Elə qadınlar
var ki, 30 yaşında əri rəhmətə gedib, 70 yaşına qədər heç vaxt xəyanət
etməyib. Xəyanətlərin səbəblərindən biri intim uyğunsuzluqdur. Amma
burda başqa səbəblər də var. Ailələrin dağılmasının seksual
anlaşılmazlığa aid olan hissəsi azdır. Amma belə olanda münasibətlər
soyuyur, gərginləşir. Tibdə və həmçinin dində göstərilir ki, ən ideal
variant həftədə 3 dəfə cinsi əlaqədə olmaqdır. Amma yaşla əlaqədar
olaraq həftədə 2 yaxud 1 dəfə də olur”.
Sosioloq Əhməd
Qəşəmoğluna görə isə sosiologiyada yaşın özü bir göstəricidir və
araşdırmalarda əsas diqqət mərkəzində olur: "Azərbaycanda vəziyyət bir
az başqa cürdür. Əgər ortada kəskin yaş fərqi varsa, yaxud qadın kişidən
çox böyükdürsə, insanlar bu evliliyin başqa məqsədlərə söykəndiyini
düşünürlər.
Ailələrin məsləhəti, yaxud hansısa maddi maraq ola
bilər. Yaş fərqi 5-dən çox olanda anlaşılmazlıq yaranır. Kişinin 5 yaşa
qədər böyük olması normalıdır. Kişilərin yaşca kiçik olmasında da
anlaşma problemi özünü göstərir. Söhbət Azərbaycandan gedir. Amma başqa
ölkələrdə belə məsələ yoxdur. Vaxtilə bununla bağlı araşdırma aparmışam.
İdeal yaş fərqi isə kişinin 3 yaş böyük olmasıdır”.
Psixoterapevt
Fərqanə Nəcəfli isə düşünür ki, qadın fiziki olaraq daha tez
yaşlandığından kişinin yaşca böyük olması vacibdir: "Təcrübəmdən deyə
bilərəm ki, yaş fərqi eyni olmasa, daha yaxşı olar. Kişinin yaşca böyük
olması mütləqdir. Psixologiya ilə bağlı ədəbiyyatlarda yazılır ki, 5 yaş
fərq olsa, normaldır. Mən də bu fikirlə razıyam. Maksimum 8 yaş fərq
ola bilər”.
F.Nəcəfli hesab edir ki, qadının böyük olması da
mümkündür: "Qadın böyük ola da bilər. Psixoloji uyğunluq məsələsinə
gəlincə, bütün dövrlərdə qadınlar daha uzaqgörəndirlər. Məsələn, 20
yaşlı qadın 20 yaşlı kişidən daha çox bilir”. (Modern.az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!