Müasir gənclərin ilk gərdək gecəsi

Müasir gənclərin ilk gərdək gecəsi
Cinsi Münasibət
10.09.2017 157
"Daily Mail” resursu müasir gənclərin ilk gərdək gecəsi ilə bağlı maraqlı rəy sorğusu dərc edib.
İngiltərədə 2 min cütlük arasında keçirilən sorğudan sonra indiki
gənclərin yarısından çoxu toy gecəsi borclarını yerinə yetirməyə
tələsmədiyi ortaya çıxıb.
Sorğuda iştirak edənlərin 52 faizi ilk gərdək gecəsi cinsi əlaqəyə girməyib, bunun əsas səbəbi toy gecəsi bəyin sərxoş olmasıdır (24%).
Toy gecəsi seksin ikinci plana keçməsinin başqa səbəbləri də var:
gəlinin yorğun olması (16%), gəlinin sərxoş olması (13%), uşaqlara
baxmaq məcburiyyəti (11%), bəziləri isə sadəcə mübahisə etdiklərindən
ilk gecəni boşa verirlər (9%). Bəzi gənclər elə ilk gün bal ayına
getdiklərindən (9%), bəziləri isə bütün toy gecəsi əyləndiklərindən (7%)
ilk gecəni sekssiz başa vururlar.
Bundan əlavə sorğuda iştirak edən cütlüklərin 20%-indən çoxu etiraf
edib ki, nəinki ilk gecə, heç ondan sonrakı bir neçə gün ərzində də
cinsi əlaqəyə girməyiblər.
Sorğunun nəticələrini analiz edən ekspertlər bu nəticəyə gəliblər ki,
belə vəziyyətin yaranmasına səbəb, cəmiyyətdəki dəyərlərin
dəyişməsidir, cütlüklərin böyük əksəriyyəti evlənməmişdən qabaq bir
yerdə yaşamağa başlayırlar, hətta onların uşaqları da olur, ona görə də
ilk gərdək gecəsi anlayışı onlar üçün əhəmiyyətini itirir. Bundan başqa,
gənc cütlükləri toya hazırlıq mərhələsindəki stress və əxlaqi təzyir
çox yorur, onların ilk gecə həvəssiz olmalarının səbəblərindən birinin
də bu olduğu ehtimal olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!