Evləndikdən sonra intim niyə "itir"?

Evləndikdən sonra intim niyə
Cinsi Münasibət
10.09.2017 67
Alimlər cütlüyün evləndikdən sonra getdikcə daha gec-gec intimlə məşğul olmasının səbəblərini araşdırıb. Məlum olub ki, qadın və kişinin yaşı artdıqca, onlar intimə daha az diqqət ayırır. Əgər 18-29 yaş arası cütlük ildə 142 dəfə intimlə məşğul olursa, 30-39 yaşlarda bu 86, 40-49 yaşlarında isə 69 dəfədir. 50 yaşı keçmiş şəxslər ildə təxminən 52 dəfə intimlə məşğul olur.

Araşdırmalar onu da göstərib ki, birgə yaşayan cütlük ildə təxminən 127 dəfə intimlə məşğul olursa, rəsmi nikahdan sonra bu, 98 dəfəyədək azalır.

«Cütlük arasında intimin azalması münasibətlərdə çat əmələ gəldiyinin ilk göstəricisidir. Əgər intim getdikcə azalırsa, demək mümkün boşanma yaxınlaşır», - deyə tədqiqat müəllifləri bildirir. Onlar evli cütlüklər arasında xüsusilə dünyaya körpə gəldikdən sonra intim münasibətlərin «seyrəlməsi»ndə «yorğunluğu» bəhanə edən gənc anaları günahlandırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!