Balıqlar kimi Toxunmadan sevişmək

Balıqlar kimi Toxunmadan sevişmək
Cinsi Münasibət
10.09.2017 60
Bizim ölkəmizdə seks haqqında danışmaq ayıb sayılır. Bu, bir tabudur.
İnsanlar seks sözündən utanırlar. Hələ qaldı virtual seksdən danışasan.
Bu haqda kimisə danışdırmaq, kimdənsə nəsə soruşmaq asan deyil. Hər kəs
etdiyini gizli saxlamağa üstünlük verir. Zatən bu, hər kəsin intim
dünyasıdır.
 
Kimi dindirsən deyəcək ki, virtual seks pis şeydir.
 
Necə ki, televizor ilk çıxan zamanlarda onu şeytan əməli
adlandırırmışlar. Televizoru cəmiyyət üçün təhlükəli hesab edənlər də
varmış. Sonradan televizor o qədər geniş yayıldı ki, insanlar üçün
adiləşdi.
 
Eyni reaksiyanı biz virtual seks haqqında da görürük. İnternet dünya
tarixində yeni hadisə olduğundan virtual seks anlayışı da yenidir. Ancaq
dərinliyinə varsaq, görərik ki, virtual seks internetdən qabaq da var
idi. Televizorda porno videolara, jurnallarda porno şəkillərə baxıb
masturbasiya ilə məşğul olmağın özü də virtual seksin başqa bir forması
idi.
 
Ümumiyyətlə, məsələlərə bir tərəfli yanaşmaq doğru deyil. Ona görə də
biz virtual seksin müsbət və mənfi cəhətlərini üzə çıxarmalıyıq.
 
Öncə bu suala cavab axtaraq: virtual seks nədir?
 
Virtual seks cinsi aktın fiziki təmas yolu ilə deyil, beyində
canlandırlaraq yaşanılmasıdır. Məsələn, yuxusunda sevişən kişinin cinsi
orqanının ereksiya vəziyyətinə çatması və sonra orqazm olması virtual
seksə nümunədir. Müasir dövrdə internet texnologiyalarından istifadə
edərək tərəflərin virtual sekslə məşğul olması geniş yayılıb və bu,
virtual seksin kiber seks adlanan növüdür.
 
Əgər normal cinsi aktla məşğul olmaq mümkündürsə, niyə insanlar
virtual seksə üstünlük verirlər? Bunun bir çox səbəbləri var. Bu, həm də
virtual cinsi əlaqənin müsbət tərəfləridir.
 
Birincisi, araşdırmalar göstərir ki, internetə girən
insanların 80 faizi özləri haqda doğru olmayan məlumatlar verirlər. Bu
da onların özlərini rahat hiss etmələrinə gətirib çıxarır. Həyatda adi
satıcı işləyən biri internetdə vəkil, tibb bacısı, həkim, menecer,
prodüser ola bilər. Yəni cəmiyyətdə tutduğu mövqeyə görə burda statusu
süni şəkildə artırmaq çox rahatdır.
 
İkincisi, məkan məsələsi ilə bağlıdır. Canlı əlaqə
müəyyən zaman və məkan çərçivəsində baş verməlidir. Ancaq virtual
münasibətlərdə isə hər iki tərəf öz evində rahat şəkildə oturub
kompüter, yaxud telefon vasitəsilə işini görə bilir.
 
Üçüncü məsələ insanların real cinsi akt zamanı
utanması, çəkinməsi, uğursuzluqdan qorxmasıdır. Əlbəttə ki, real
münasibətlər zamanı göstərə bilmədiyimiz, bacarmadığımız performansı
virtual münasibətlərdə göstərmək çox rahatdır.
 
Dördüncüsü, partnyorun tapılmağının rahatlığıdır.
Müxəlif çatlar, sosial şəbəkələr, səhifələr, eləcə də virtual seks
təklif edən saytlar bu hallarda insanların köməyinə çatır. Virtual
sekslə məşğul olan kişilərlə söhbət etsəniz, onların çoxu sizə etiraf
edəcək ki, qarşı tərəf çox vaxt ya dul, ya da evli qadınlar olub. Ailədə
qarşı tərəfdən normal münasibət görməyən, istədiyi cinsi həzzi ala
bilməyən, bəlkə də seks obyekti kimi tamamilə unudulmuş qadınlar virtual
sekslə məşğul olmağa üstünlük verirlər.
 
Bəs başqa adla, başqa foto ilə internet dünyasında tamamilə yad bir
kişi ilə virtual sekslə məşğul olan qadın xəyanət etmiş qadın sayılırmı?
Bu isə başqa bir mövzudur əlbəttə.
 
Biz virtual seksin əsas üstünlüklərindən danışdıq və "niyə” sualına
qismən cavab tapmağa çalışdıq. İndi isə əks sualı verək: niyə yox? Yəni
virtual seksə bir də mənfi aspektdən yanaşaq.
 
Burda məsələni çox uzatmağın mənası yoxdur yəqin ki. Canlı söhbət
etmək yaxşıdır, yoxsa virtual? Youtubeda Tarkan dinləmək yaxşıdır, yoxsa
canlı konsertdə olmaq? Düzünü deyin, kinoteatrda - böyük ekranda, güclü
səs imkanlarının olduğu yerdə kinoya baxmaq daha yaxşıdır, yoxsa
kompüterdən baxmaq? Əlbəttə, reallığın yerini heç nə vermir.
 
Aseksuallıq haqda danışan psixoloqlar deyirlər ki, burda virtual
seksin də mühüm rolu olur. Yəni virtual münasibətlərə üstünlük verən
insanların real əlaqələrdən qopma şansı da yüksəkdir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!