Yüksək səsli seksə son! - FOTO

Yüksək səsli seksə son! - FOTO
Cinsi Münasibət
10.09.2017 34
Bəzi insanlar işləri, yaxud maliyyə problemlərilə bağlı narahatlıq keçirdiyindən gecə oyaq qalırlar. Bəziləri isə qonşularının sevişmə səslərindən gecə yata bilmirlər. Divarın bir tərəfində fikirdən, problemlərdən inilti-zarıltı səsləri eşidilir, digər tərəfində isə yaşayan cütlük isə gözəl bir vaxt keçirir. Çoxları qulaq üçün ştepsellərin problemin həll yolu ola biləcəyini düşünsə də, bu da kömək olmur. Ancaq bəzi adamlar divar qonşularının səbəb olduqları bu narahatlığa və etdikləri düşüncəsiz fəryadlarına diqqəti çəkmək üçün məktub yazıb qoyublar. Bu cür adamlar el arasında "Üzü sulu" adamlar adlanır.
Qadinlar.Biz Daily Mail-ə istinadən yuxudan məhrum olmuş qonşuların onları gecə yatmağa qoymayan divar qonşularına yazdıqları "Yüksək səsli seksə son!" adlı məktublardan bəzilərinin mətnini təqdim edir. 
"Səsiniz elə gəlir ki, elə bilirəm bu səhər 04:27 də mənim yataq otağımda sevişirsiniz. Mən hər şeyi eşidirəm və sadəcə yatmaq istəyirəm. Zəhmət olmasa, bir az tərbiyəli olun". 
"Biz də eyvanımızda gözəl vaxt keçirmək istəyirik. Xahiş edirik həftə sonu günorta vaxtları bizi narahat edən yüksək səsli sevişməyə son qoyun. Bu, sizə faydalıdır. Mən tibb işçisiyəm. Azaltsanız, faydalı olar. Eşidilən ah, of, ah, of səsləri bizi bezdirir. Eyvanın qapısını bağlayın. Zəhmət olmasa". 
"Problemsiz gözəl seks həyatına sahib olduğunuz üçün şadıq. Ancaq düşünürük ki, artıq çarpayınızı dəyişməyin vaxtı gəlib çatıb. Əzizlərim, çox dəhşətli səs çıxardır. Sizin qonşunuz". 
"Əziz qonşu, dünən axşam da inanırdım kı, sizin sevişmə səslərinizi yenə eşidəcəm. Bir az ucadan sevişə bilərsiniz? Divara stəkan söykəyib dinləmək mənim üçün çətin olur". 
"Dünən gecəki coşğulu seks və ucadan telefon danışıqları qonşuluğa xas xüsusiyyət deyil. Xahiş edirik köhnə binanın etiket qaydalarına riayət edib bir az düşüncəli olasınız. Çox sağ olun, sizin hələ də yuxulu olan qonşunuz". 
"Sevgililər gününüz mübarək! Səhər tezdənki seksiniz məni yuxudan oyatdı. Xahiş edirəm bunu bir az zəif səslə edin, yoxsa bütün qonşularınıza yataqda inildədiyinizi deyəcəm". 
"Sabahınız xeyir. Ümid edirik ki, bu gecəki seksiniz uğurlu başa çatıb. Sizdən xahişimiz cümə və şənbə günlərindəki sevişmələrinzə limit qoyasınız". 
"Salam. Həmişə başqalarının şəxsi məsələlərinə qarşımamağa çalışmışam. Ancaq ilk öncədən üzr istəyirəm əgər məktubum sizi utandırdısa. Dəfələrlə sizin və sevgilinizin seks səslərindən oyanmışam. Xahiş edirəm səsi minimuma endirəsiniz. İstirahətə ehtiyacım var". 
"Əziz yüksək səsli seks adamları! Xahiş edirik qonşularınıza sizin sevişmə səslərini eşitməmək üçün qulaq ştepselləri paylayın".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!