Seks hansı qadınlarda yoxdur? [seks sirləri]

Seks hansı qadınlarda yoxdur? [seks sirləri]
Cinsi Münasibət
10.09.2017 12
Alman alimləri kişi xəyanətinin dərmanını tapıb.



Qadınlar.Biz xəbər verir ki, sən demə, oksitosin hormonu təkarvadlılığı stimullaşdırır. Bu hormon kişinin psixoemosional durumuna təsir edir və romantik hisslərin yaranmasına müsbət təsir göstərir.



Bu nəticələri əldə etmək üçün evli, subay və nikah müqaviləsi ilə yaşayan kişilər arasında eksperiment aparılıb. Onların hamısına oksitosin verilib və bundan sonra cazibədar qadınla ünsiyyətdə olmaq təklif olunub.



Güman etmək olardı ki, bu hormon hamıya təsir edəcək. Və onlarda romantik impuls yaranacaq. Amma hormon ancaq subay kişilərə təsir edib. Evli kişilər isə cazibəli olsalar belə, bu xanımlarla ünsiyyətə maraq göstərməyib.



Eleksir



Ən effektiv və sadə "sevgi içkisi” hilli qəhvə hesab olunur. İki qədim və sınanmış qidanın sevgi hissini artırması təəccüblü deyil. Resept isə çox sadədir: 1 çay qaşığı qəhvəni qarışdır və adi qəhvə kimi dəmlə. Süd və şəkər isə zövqə görə...

Vəssalam.





Seks hansı qadınlarda yoxdur?



Kişilər arasında aparılan sorğunun nəticələrinə görə, qadınları seksuallıqdan 5 cəhət ayırır.



Baxımsızlıq.

Artıq çəki.

Yataqda idman maneraları etmək.

Hamıya irad tutmaq

Siqaret çəkmək.



Kişilər məhz belə qadınlarda seksuallıq görmür.





Harmoniya üçün hormon



Notingem Universitetinin psixoloqları unikal hormon yaradıblar. Bu hormon münasibətlərdə harmoniya yaradır. Hormonun tərkibində aktiv peptid-oksidi var. Bu maddə qadınları sakit və mehriban, kişiləri isə daha romantik edir. Yeni maddə 20-50 yaş arasında cütlüklər üzərində sınaqdan keçirilib.

Bu maddəni qəbul etdikdən sonra onlarda daha çox mübahisə yaradan mövzulardan söhbət etmək xahiş olunub. Hormonun qəbulundan 45 dəqiqə sonra tərəflər sakitləşib və dərindən nəfəs alaraq həyatdan zövq almağa başlayıb.





Bill Qeyts maraqlıdır



Tezliklə ultrasəs qoruyucularının istehsalı başlayacaq. Hamilə qalmamaq üçün bu qoruyuculardan ildə cəmi 2-3 dəfə istifadə etmək kifayət edəcək. Bu qoruyucular kişi spermalarında həyat əhəmiyyətli hüceyrələrin olmasını bloklayacaq.

İş prinsipi çox sadə olan bu qoruyuculara Bill və Melinda Qeyts fondu maraq göstərir. Fond hətta bu tədqiqatlar üçün 100 min dollar vəsait də ayırıb.

Qoruyucuların iş prinsipi çox sadə olacaq. Qoruyucuların buraxdığı ultra səs dalğaları kişilərdə sperma əmələgəlmə prosesində həyat əhəmiyyətli hüceyrələri öldürəcək və cinsi əlaqədən sonra hamiləlik riski olmayacaq.



Onun gözlərinə bax



Alimlər hesab edir ki, kişinin gözü çox şey deyə bilər. Əgər kişi qadın üzərindəki hər bir detala, xırdalığa diqqət yetirirsə, deməli, o qadınla maraqlanır. Amma heç nə ilə maraqlanmırsa, deməli, bu seks sadəcə qısa müddətli əlaqədən başqa bir şey deyil.

Kişi əgər qadından sırğası haqda və yaxud bədənində olan hansısa əlamət haqda soruşursa, deməli, diqqətlidir və onunla münasibətlər uzana bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!