Seksuallığınızı itirirsiniz? Elə isə mütləq oxuyun!

Seksuallığınızı itirirsiniz? Elə isə mütləq oxuyun!
Cinsi Münasibət
10.09.2017 16
Yaşlanmaq, gündəlik həyatın stresi seks həyatınıza təsir edir? Bu monotonluğa qalib gəlmək sizin öz əlinizdədir.

Qocalmaq keçib gedən zamanın qaçılmaz hissəsi olsa da istəklərinizin və gücünüzün fərqinə varmaq üçün də önəmlidir. 50 yaşa çatanda fiziki dəyişikliklər yaşaya bilərsiniz, kimsə sizi tam məmnun etməyə bilər, ancaq gülüşünüz, baxışlarınız yenə eyni qalacaq. Bəs seks həyatınız necə?

 

Qadınlar.Biz seks həyatınızı stabil və ehtiraslı saxlamaq üçün bəzi məsləhətləri təqdim edir.

 

Özünüzə güvənin

 

Yaşlanırsınızsa və qarşı tərəfin sizi bəyənməyəcəyini düşünürsünüzsə, səhv edirsiniz. Bədəninizin yenidən cavanlaşması üçün hər yola əl atmaq düzgün deyil. Sadəcə olduğunuz kimi gözəl göründüyünüzü düşünün. Özünüzə güvənməklə cazibədar görünəcəksiniz.        

 

Bir az canlanın

 

Geyim və aksesuarlarınızda, saç düzümü və makiyajınızda bəzi dəyişikliklər edin. Yenilənin və parıldayın, ətrafa işıq saçın. Qarşı tərəf üçün bu cür dəyişiklik etməyiniz qiymətləndiriləcək.

 

Ənənəvi alt paltarlarını  dəyişin

 

Ənənəvi alt paltarları rahat və yaşınıza uyğun olsa da, qarşı tərəf bəyənməyə bilər. Buna görə onun diqqətini çəkəcək və bəyənə biləcəyi alt paltarları geyinin.

 

Yeniliklərə can atın

 

Saçınızı rəngləyin, kəsin, stilini dəyişin. Bu, görünüşünüzə önəm verdiyinizi və özünüzə olan inamınızı ortaya çıxarır. Xarizma sahibi olduğunuzu düşünəndə həqiqətən diqqətçəkən biri olacaqsınız.

 

Bütün bunlara əməl edib, qarşı tərəfin reaksiyasını gözləyin. Bəyənib bəyənmədiyini isə siz soruşmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!