İlk seksin qorxuları

İlk seksin qorxuları
Cinsi Münasibət
10.09.2017 35
İlk seksual təcrübə sovet dövrü ilə müqayisədə indi nisbətən asanlaşıb.
İnternet əsrinin olduğunu nəzərə alsaq, bu mövzuda gənclərin nə qədər
sərbəst olduğunu anlamaq elə də çətin deyil. Amma bu məsələnin təhlükəli
tərəfləri də mövcuddur.
 
 
Androloq-seksopatoloq Həsən Səmədov mövzu ilə bağlı modern.az-a
açıqlamasında bildirib ki, ilk seksual təcrübə ilə əlaqədar gənclərin
cinsi yetişkənlik dövründə az maariflənməsi onları ağır xəstəliklərə
düçar edə bilər. "12-15 yaş arası kişilərdə cinsi yetişkənlik dövrüdür.
Bu dövrdə qana çox miqdarda hormon sintez olunur və kişilərdə cinsi
həvəs oyanır. Bu dövrdə məlumatın azlığı, savadsızlıq təsadüfi cinsi
əlaqələrə gətirib çıxarır. Əsas məsələ də budur ki, gənclər tanımadığı
insanlarla, bilmədiyi yerdə cinsi əlaqədə olurlar. Əksəriyyət hətta
qoruyuculardan istifadə etmir, bu da infeksiyalara yoluxmaya gətirib
çıxarır. Bu infeksiyalar honoreya, siflis, trixomoniaz və son dövrlərdə
də geniş yayılan hepatit C və AİDS kimi xəstəliklərdir”.
Seksopatoloqun sözlərinə görə, cinsi yolla yoluxan infeksiyalardan
başqa, ilk cinsi əlaqədə baş verən psixoloji problemlər sonradan
psixoloji cinsi zəifliyə də gətirib çıxarır.
 
 "Psixoloji cinsi zəiflik kişilərin gələcək həyatında ona problemlər
yaradacaq. Belə ki, növbəti qadınla olan münasibətində və yaxud da ailə
həyatı qurandan sonra olan münasibətdə psixoloji problemlər yaşanır.
Bundan başqa, kifayət qədər müxtəlif problemlər ola bilər. Təsəvvür edin
ki, lüğətdə nə qədər söz varsa, o qədər də müxtəlif ola bilər. Bundan
başqa hansısa faktor və səbəb gənc kişinin xoşuna gəlməyə bilər.
Məsələn, qadının danışığı. Belə ki, beynində qurduğu qadın obrazının
onun fikrinə uyğun gəlməməsi, gördüyü ilə düşündüyünün eyni olmaması,
qadının ona dediyi bəzi sözlər və fikirlər, qadın cinsi orqanına qarşı
olan ikrah hissi, iyrənmə və s. bu tipli problemlər gələcəkdə psixoloji
gərginlik yarada bilər”.
 
 
H. Səmədov sovet vaxtı gənclərdə daha sürətlə cinsi fəaliyyətə səy yox
idi. "İndi isə cinsi yetişkənliyə çatan uşaqlar bir-biri ilə bəhsə
girirlər ki, kim tez cinsi əlaqədə oldu və kim necə oldu... Və hər kəsin
özünəməxsus olan sözləri artıq bir neçə nəfərin arasına bəhs və
mübahisə eləmək vasitəsi kimi istifadə olunur. Amma sovet dövrü bu
söhbətlər qapalı idi. Belə ki, o vaxt gigiyena və epidemiologiya
qaydaları daha yüksək səviyyədə idi. İndi bəzən insanlar xəstələnir,
infeksiya daşıyıcısı olur və bununla bərabər onu müalicə etdirmir. Hətta
bilə-bilə bir-birinə yoluxdururlar”.
 
 
Seksopatoloq sözlərinə görə, sovet dövrü ilə müqayisədə indi gənclər
seks və cinsi əlaqə barədə düşüncələri gizli saxlamırlar. "Fahişələrlə
qeyri-ənənəvi cinsi əlaqə gənclərdə bir sıra problemlərə gətirib
çıxarır. Anal və oral sekslə yoluxan elə infeksiyalar var ki, onlara
hətta adi dərmanlar təsir etməyə bilir”.
Həkim-mütəxəssis gənclərə öz məsləhətini bildirib: cinsi əlaqədə olmaq
həvəsinə düşəndə tanımadıqları və bilmədikləri adamlarla cinsi əlaqədə
olmasınlar. "Qoruyucudan mütləq istifadə edilməlidir, kim yoluxucu
xəstəlik tapıbsa, dərhal həkimə müraciət etsin”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!