Cinsi Xəstəliklərin əlamətləri!

Cinsi Xəstəliklərin əlamətləri!
Cinsi Münasibət
10.09.2017 58
Simptomlar. Əlamətlər.
Əlamət və ya simptom və əlamətlər toplusu və ya
sindrom hər bir xəstəliyin xəstədə biruzə verən xüsusiyyətləridir.
Xəstəni həkimə aparan simptomdur, əlamətdir. Xəstəliklər müxtəlifdir və
müxtəlif olduğu kimi də əlamətləri də rəngarəng və müxtəlif olur. Cinsi
xəstəliklər də digər orqan və toxuma xəstəlikləri kimi ozunə məxsus
əlamətləri vardır. Cinsi xəstəlikləri əlamətləri spesifik yani ancaq o
xəstəliyə uyğun və ya ümümi ola bilər. Pasiyentlərimiz və Azeri
vətəndaslarımızın çoxu hansı əlamətin normal və ya xəstəlik olduğunu
ayird edə bilmir. Tebii ki səbəb bilgisizlik, marifsizlik,
məlumatsızlıqdır təbii ki... Zatən Bir Həkim Və bir İnsan olaraq
məqsədim insanlarımıza doğruyla yanlişi, həqiqətlə səhvi ayırd edə
bilmələrinə yardimçi olmaqdır.
 
Aşağıda cinsi - seksual xəstəliklərin
əlamətlərinə nəzər yetirək:

Ümumi əlamətlər: bu əlamətlər bədəndə gedən ümumi xəstəliklər fonunda
baş verir. Məsələn Şəkərli diabetdə ayaqlarda ətraflarda angiopatiya
deyilən problem, həmçinin də cinsi orqanlarda damar patalogiyasının
olmasını işarət edir. Ürək tac damarlarını tutulması ilə gedən
atreskleroz fonunda olan əlamətlər, cinsi zəifliyin də ola biləcəyini
işarət edir. Qalxanabənzər vəzi xəstəliklərində olan arıqlama və ya
piylənmə cinsi funksiyanın da pozulması ilə paralel gedə bilir.
 
 
XÜSUSİ (SPESİFİK) ƏLAMƏTLƏR: 
Sidik ifrazı problemləri: Sidik ifrazı zamanı, yandirma, göynəmə,
kanalda qaşınma hissi, qarışqa gəzmə hissi, iynə batma hissi və s.
 (Adətən Uretrada infeksion iltihab əlamətləri)
Sidik kanalında şirə ifrazı, Öz özlüyündən gün ərzində dayanmadan axan,
gələn ifrazat, adətən sarı, limonu, bulanıq boz, yaşılımtıl bulanıq,
ağ, şəffaf rəngdə ola bilir. Bu şirə-ifrazat bəzən qoxulu olur. Bəzən
isə Günün konkret hansısa vaxtında gələn ifrazat. Cinsi oyanma və ya
əlaqəyə başlamadan oncə ÇOX  miqdarda şirə ifrazı, Bulbouretral
vezilərin hipersekresiyası, Pollusiya - gecələr oglanlarda qeyri iradi,
yuxuda sperma xaric olması və ya boşalma. Bu 18 yaşa qədər oğlanlarda
normal prosesdir amma 19 yaşdan yuxarı bu proseslər tez tez olursa bu
prostat vəzidə və toxum kisəciklərində problem ola biləcəyindən xəbər
verə bilər və s.  Durğunluq prostatiti buna misaldır. 
 
 
Sidik ifrazinda axının azalması, sidik gəlmənin ləngiməsi, sidik
ifrazatı vaxti gücənmə, sidiyin qalma hissı, sidik axını təzyiqinin
azalması, Tez tez sidik ifrazı, yalançi sidiyə çağırış, Sidiyin rəngində
qırmızılıq, bulaniqlıq, sidiyin ifrazatdan sonra yenidən gəlməsi,
sidiyi saxlaya bilməmək hissi, Gecələr qeyri iradi sidik ifrazı, Tez-tez
baş verən kanalın yapışması səbəbindən haçalı sidik ifrazı, Sidik
ifrazında kəskin qoxu və s.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!