Seks haqqında bunları bilmirsiniz

Seks haqqında bunları bilmirsiniz
Cinsi Münasibət
10.09.2017 38
Nə qədər çox danışılan mövzu olsa
da, bu barədə mütəxəssis fikri ilə insanlar arasında yayılan şayiə
arasında kifayət qədər uyğunsuzluq var. İndi sizinlə peşəkar psixoloq və
seksoloqların cinsi münasibət haqqında fikirlərini bölüşmək istəyirik.
Əminik ki, aşağıdakı faktları oxuyarkən siz də "mən bunun əksini
eşitmişdim”, "axı, mənə belə deməmişdilər” deyəcəksiniz.
 
1. Seksin insan vücuduna müsbət təsir göstərdiyi hər kəsə məlumdur.
O, sağlamlıq baxımından xeyirlidir, amma xəbəriniz olsun ki, xəstə
olduğunuz zaman yaşadığınız cinsi münasibət sizin sağlamlığınıza müsbət
yox, mənfi yöndə təsir göstərəcək. Əslində ciddi əhəmiyyət verməsəniz
də, qrip və bu kimi keçici xəstəliklərə yoluxduğunuz halda, cinsi əlaqə
ilə məşğul olmaq bu xəstəliyin daha da sürətlə yayılmasına şərait
yaradır. Buna görə də xəstə olduğunuz zaman sekslə məşğul olmamağınız
sağlamlığınız üçün daha məsləhətlidir.
 
2. "Evliliyə hazır olmaq üçün
mütləq evlilikdən öncə cinsi əlaqədə olmaq lazımdır”. Bu fikri irəli
sürən insan çox güman ki, şəxsi düşüncələrini, istəklərini əsas götürür.
Çünki, sözügedən fikrin həqiqətlə heç bir əlaqəsi yoxdur. Evlilikdən
öncə cinsi əlaqənin münasibətə müsbət təsir göstərməsi, bunun evliliyə
hazırlıq mərhələsi hesab edilməsi tamamilə yalnış fikirdir. Doğru olan
özünüzü hazır hiss etdiyiniz zaman cinsi həyat yaşamağa başlamağınızdır.
 
3. "Seks sevginin tək sübutudur”. Təəssüflər olsun ki, bu fikri əldə
bayraq kimi saxlayanlar çoxdur. Əgər sevdiyiniz insan ona olan sevginizi
cinsi əlaqə ilə sübut etməyinizi istəyir, hətta bunu istəmədiyiniz
halda israrlı davranırsa… təəssüflər olsun ki, yalnış insana rast
gəlmisiniz. Bu zaman yeganə çıxış yolu nə qədər çətin olsa da, ondan
uzaqlaşmaqdır.
 
4. Kiminləsə cinsi münasibətdə olmaq heç də o demək deyil ki, tərəf
müqabiliniz sizi həmişə sevəcək. Çox vaxt deyirlər ki, seks sona çatmaq
üzrə olan münasibətlərin ömrünü uzadır. Diqqət edin "Ömrünün uzadır”. Bu
heç də sonsuzadək davam etməsinə kömək edir demək deyil. Unutmayın ki,
uzunömürlü münasibət üçün yalnız seks kifayət deyil. Mükəmməl cinsi
həyatları olmasına baxmayaraq, ayrılan, boşanan cütlüklər kifayət
qədərdir.
 
5. Növbəti bir yalnış fikir daha: "Seks olmadan yaşamaq olmaz”. Bu,
bəlkə də seks haqqında söylənilən ən böyük yalandır. Hər bir şəxsin belə
tələbatı olsa da, seks olmadan da yaşamaq mümkündür. Həyatının sonuna
qədər subay yaşayan 1000-lərlə, bəlkə də daha çox insan var. Yəqin ki,
siz də heç olmasa bir nəfər belə insan tanıyırsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!