“Qadın qonaqlıqda gözəlçə, yataqda isə fahişə olmalıdı”

“Qadın qonaqlıqda gözəlçə, yataqda isə fahişə olmalıdı”
Cinsi Münasibət
10.09.2017 71
Döşləri Maşaya hokkeydə necə üstünlük qazandırıb?
Bir neçə gündən sonra Soçidə Qış Olimpiya Oyunları başlayacaq.
Dünyanın diqqətinin çevriləcəyi bu nəhəng idman bayramında minlərlə
atlet çıxış edəcəklər. Özü də onların çoxu zərif cinsin nümayəndələri
olacaq. İçərilərində də yetərincə gözəl qızlar da var. Ancaq təəssüf ki,
birini görə bilməyəcəyik. Hokkey üzrə idman ustası, Rusiya
yığmasının heyətində gənclər arasında üç dünya çempioantının
iştirakçısı, yetərincə yaxşı idmançı olan Mariya Bukşevannaya məhz Olimpiada ərəfəsində idmanla vidalaşıb.
Təəssüf…
Özü də bu təəssüfün iki tərəfi var. Əvvəla yaxşı idmançını izləyə
bilməyəcəyik, digər tərəfdən isə çox gözəl bir qıza baxmaq şansımız
olmayacaq. Ancaq onun gözəlliyini izləmək üçün son imkanı bizə kişi
jurnallarından biri verib. Ora müsahibə verən Maşa həm xeyli maraqlı suallara cavab verib, həm də hərarətli, qaynar şəkillər çəkdirib.
Ümumiyyətlə, hokkeyə necə gəldin? Axı bu kişi idman növüdü…
Əvvəlcə kiçik qardaşım oynamağa başladı. Ancaq sonra atam hesabladı ki, qadın hokkeyi də Olimpiya idman növləri sırasındadı. Üstəlik, burda rəqabət
də zəifdi. Bu isə o demək idi ki, mən daha tez uğur qazana bilərəm. Amma
Moskvada qadın komandalarıyla bağlı böyük problemlər vardı və bu
səbəbdən də atam məni qardaşımla birlikdə kişi komandasında oynamağa
göndərdi. Belə bütün karyeramı oğlanlarla birlikdə keçirdim. Paralel
olaraq Moskva və Rusiyanın qadınlardan ibarət yığmasında çıxış edirdim.
Qaydalar qızlarla oğlanların birlikdə oynamasına icazə
verirmi? Verirsə, niyə heç bir böyük çempionatda onları bir yerdə
görməmişik?

Qaydalar buna gənclər səviyyəsində imkan verir. Ancaq peşəkar karyera
başlayanda qadınlar məhz qadın komandalarına gedirlər. Çünki fiziki
cəhətdən kişilərdən zəifdilər.
Necə yəni zəifdilər? Siz ki mağazalardan o ağırlıqda çantalar daşıyırsız, dəmiryolu relsləri düzürsüz, uşaq dünyaya gətirirsiz…
- Hə, bu da var. Ancaq hokkeyin öz qanunları var.
Köhnə bir sovet filmi vardı: "Pələnglər” buz üzərində”. Orda
əkiz bacısı arada qardaşının yerinə hokkey oynayırdı, heç kim də bunu
bilmirdi. Sən də belə etmisən?

Yox, heç vaxt. Birincisi, qardaşım məndən üç yaş kiçikdi. İkincisi də
ki, mənim həmişə uzun saçlarım olub və onları şlemin altından o dəqiqə
görmək mümkündü.
Bəs bu ağırlıqda məşqlərə necə dözürdün? Çətin idi, yəqin..
- Hə, qaçmağa, tullanmağa, "jim eləməyə” məcbur edirdilər.
Bir saniyə! Sənin döşlərin var axı… Mane olmurdu sənə?
- Əksinə. Onların hesabına lap döşəməyə qədər enməmək icazəm vardı və bu da işimi yüngülləşdirirdi.
Bəs hokkeyçilərin hansı əzələləri daha çox inkişaf edir?
- Ayaqlar və sağrılar.
Bəs davalar? Onlarsız hokkey hokkey deyil…
- Əvvəllər klyuşka ilə dalaşırdım. Sonra başa saldılar ki, belə olmaz.
Qız olduğuna görə səni daha tez-tez vururdular, yoxsa əksinə?
- Müxtəlif cür olurdu. Hər şey daxili mədəniyyətdən asılı olurdu.
Tərbiyəli oğlanlar var və onlar özlərini yaxşı aparırlar. Ancaq
başdanxarabın birisidisə, o öz hisslərini belə yumruqlarıya ifadə edir.
Bir şey də var ki, qardaşım mənimlə birlikdə oynayırdı. Gərək olanda o
da mənə kömək edirdi.
Bəs o qədər oğlanın olduğu komanda ilə eyni paltardəyişmə otağında necə olurdun?
- 9-10 yaşa qədər belə problem yox idi. Bir az böyüyəndən sonra isə
paltarlarımı dəyişmək üçün hamama gedirdim. Ancaq oranın qapısı heç vaxt
bağlanmırdı. Ona görə də oğlanlar istədikləri vaxt girə bilərdilər.
Bəs bu qədər oğlan sənin gözünün qabağında soyunanda özünü normal hiss edirdin?
- Nə var e, orda, hər şey normaldı… Üstəlik, mənim həmişə öz oğlanım
orda olurdu. Odu ki, digərlərini "nəzərdən keçirməyə” ehtiyacım olmurdu.
İndi də qadın komandalarından danış. Başqalarından fərqlənmək
üçün qızlar hansı vasitələrə əl atırlar? Axı hamının forması eynidi,
digərlərindən daha dəbli görünmək çətindi…

- Gözlərini, dodaqlarını, bəzən klyuşkalarını boyayırlar. Çəhrayı
əlcəklər belə geyinirlər arada. Çoxları konkilərin stəkanlarını
rəngləyirlər. Məsələn, məndə dünya çempionatlarından birində stəkan ölkə
bayrağımızın rənginə boyanmışdı. Stəkan – konkinin aşağısındakı, ağ
rəngdə olan, lezvanın birləşdirildiyi hissədi.
Bəs sənin ayağında nə yazılıb?
- Latınca "Xoşbəxt olamq üçün yaşamaq”.
Olimpiadada çıxış edəcəksən?
- Yox, mən hokkeydən doymuşam. Mən qarşımda konkret vəzifələr
qoymuşdum: 9 yaşdan 19-a qədər hokkey oynayıram, sonra isə başqa peşəyə
yiyələnirəm. Peşəkar idmandan getmək qərarına gəlmişəm, çünki o,
sağlamlığa çox mənfi təsir edir. Düzdü, o qədər ciddi zədələrim olmayıb.
Ancaq keçid yaşlarımda bütün hokkeyçilərdə olduğu kimi, diz və
əzələlərdə problemlərim yaşanmışdı.
Bəs indi kim olacaqsan?
- İnstitutda jurnalist-aparıcılıqda oxuyuram. Odu ki, sizin
həmkarlarınızdan biri məni hər hansı telekanala təcrübə keçməyə dəvət
etsə, çox şad olaram.
Şəxsi həyatın nə yerdədi?
- Yaxşı. Sevgilim var, o da hokkeyçidi.Yaxşı, bəs 10 il hokkeylə məşğul olmuş qız yataqda hansı bacarıqlarıyla öyünə bilər?
- Mazoxist deyilsənsə, heç biriylə. Qadın mətbəxdə sahibə, qonaqlıqda
gözəlçə, yataqda isə fahişə olmalıdı. Hokkey haqda orda heç nə
yazılmayıb. Odu ki, hokkey yalnız buz üzərində qalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!