Seksdə insana nə ləzzət verir?

Seksdə insana nə ləzzət verir?
Cinsi Münasibət
10.09.2017 29
Həyatın boyunca neçə dəfə sevmək olar? Bəzən yolda gördüyün adam ürəyinə
elə yatır ki, elə bil illərdir həsrətini çəkmisən. Niyə belə olur – heç
kim bilmir. "Sevginin tərifi yoxdur, anlamaq olmur” deyirlər.



Amma sən demə, məhəbbət adlandırdığımız bu fenomenin elmi izahı var. Bütün bunlar sevgi hormonlarının işiymiş.



İnsan
kiməsə vurulanda onda ləzzət hormonu – dofamin aşıb-daşır. Sevgililər
birlikdə olanda məhz bu hormon sayəsində eyforiyaya qapılırlar.
Narkomanlar və qumarbazlar da bu hormon sayəsində həzz alırlar.



Bəzən sevən adama elə gəlir ki, "dağı dağ üstünə qoya” bilər. Bu, həddini keçən adrenalin hormonunun təsiridir.



Münasibətlərdən
stabil mərhələyə keçəndə endorfin – şadyanalıq hormonu işə düşür. Bu,
həm də sağlamlıq, gözəllik və sabitlik daşıyıcısıdır. Endorfinlər çox
olanda insan özünü xoşbəxt, gümrah, güclü hiss edir, hər sahədə fəal
olur.



Sevgililər arasında əlaqələr növbəti mərhələyə keçəndə,
artıq digər hormon – oksitosin işə düşür. Məhz bunun sayəsində insanlar
intim əlaqə istəyir – öpüşmək, qucaqlaşmaq, təmasda olmaq arzusu artır.



İnsanlar
arasında ehtirası isə testosteron yaradır. Seksual əlaqə bu hormonun
səviyyəsini artırır. Kişilərdə testosteronun göstəricisi daha yüksək
olur. Öpüş zamanı bu hormon tüpürcəklə qadının orqanizminə keçir və
seksual əlaqə istəyini gücləndirir.



Ümumiyyətlə, insan orqanizmi
150-dən çox hormon daşıyıcısıdır. Alimlər hələ də onları düz-əməlli
hesablayıb başa çıxara bilməyiblər. Elə situasiya yoxdur ki, orada
hormonlar "dincəlsin”. Odur ki, hormonlar arasında məhz sevgiyə cavab
verənlərin aktiv olması öz əlimizdədir. Sevək və sevilək!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!