Yuxuda sevişənlərin dərdi nədir? – PSİXOLOQ YAZIR

Yuxuda sevişənlərin dərdi nədir? – PSİXOLOQ YAZIR
Cinsi Münasibət
10.09.2017 22
Yuxu
və yuxugörmə nədir? Yuxu insanın psixo-fizioloji aktı olub, yatarkən
subyektiv hisslər keçirmə qabiliyyətidir. Bu hisslər görmə, dad, və s
ola bilər. Yuxunun tam mexanizmi və səbəbi öyrənilməyib. Amma hələ
qədimdən yuxuya qeyri-adi və fövqəl-təbii qüvvələrlə əlaqəli hadisə kimi
baxırdılar. Bütün keçmiş hökmdarlar öz yuxularını yozmaq üçün
saraylarında münəccimlər saxlayıblar. Yüz, min, hətta 10 min il əvvəl
yuxunu və onun sirlərini açmaq istəyiblər. Hətta bəzən dövlətlər də
hökmdarların yuxuda gördükləri və aldıqları qərarlarla idarə ediliblər.

 

Antik
dövrlərdən yuxuların yozulması açılması müxtəlif təriqətlər, dinlər,
xalqlar və inanclara görə dəyişirdi. Təbii ki, illər keçdikcə bu
düşüncələr də dəyişirdi. Məsələn, Asiya xalqlarında yuxuda öd görmənin
yozumu Avropa və Afrikada başqa cür idi. Təbii ki, bəzən də bu
insanların və hakimiyyətin maraqları çərçivəsində saxlanılırdı.

 

Texnikanın
inkişafı hər şeyi dəyişdi. Artıq yuxugörmələrlə bağlı elm sahəsi var.
Bu oneyrologiya adlanır. Yuxular müxtəlif olur. Onlar bəzən yadda qalan
və parlaq, rəngli,  bəzən solğun və yadda qalmayan, rəngsiz olur.

 

Yuxuda
mövzular və hissiyatlar müxtəlif ola bilər. Buraya minlərlə mövzu qeyd
etmək olar. Bu mövzulardan biri də seks və cinsəllikdir. Yuxu insanın
beyninin özündən asılı olmadan yaratdığı obrazlardır. Bu obrazların
yaranma səbəbi həmin insanın həyatında olmuş, olan və bəzən də yaşanacaq
hadisələrlə sıx bağlıdır. İnsan həyatda çatmadığı istək və arzuları
yuxuda görmək və təsəvvür etmək istəyir. Amma bu, bütün yuxulara aid
edilə bilməz. Təsadüfən deyil ki, bəzi alimlər dünyəvi kəşflərini yuxuda
görüblər. Nyuton, Mendeleyev və s.

 

İnsan
yuxuda beyin qabığının nəzarətindən artıq dərəcədə azad olur. Və artıq
beyin qabığı qabığaltı nüvələrin təsirinə düşmədiyi üçün "düşüncələrin azadlığı" baş verir. Qabıqaltı necə işləyirsə, yuxular da o qədər mürəkkəbləşir.

 

Yuxuda
seks də bura aiddir. Çox az hallarda yuxuda seks hansısa digər həyat
hadisəsi ilə bağlı ola bilər. Adətən seks birbaşa özü-özü ilə
əlaqədardır. Bu nə deməkdir?

 

Götürək tipik azərbaycanlı ailəsini: Yaxşı
ailə, hörmət, sevgi, tərbiyə və ən əsas da tabu və qadağalar. 1 il, 5
il, 10 il, davam edən adiləşmiş seksual ailə münasibəti... Ancaq insan
beyni axtarışdadır. Yeni və qadağaları aşma insanın şüuraltı təbiətidir.

 

Şüuraltı nədir?

 

Şüuraltını öz körpə uşağınız kimi təsəvvür edin, o, sizindir, amma heç də hər zaman sizin dediklərinizi eləmir. Siz deyəndə "ay uşaq, bu konfeti yemə”,
"elektriklə oynama” o daha da oynamaq istəyir, ya uşağa hansısa bir
oyuncağı qadağa edin, həmin an körpənin ona meyli daha da artacaq.

 

Yuxuda
seks də bu formadadır. İnsan normal həyatda edə bilmədiyi, ala
bilmədiyi həzzi yuxuda seks formasında yaşayır. Bunun səbəbi adətən
partnyorla psixoloji yaxın olmamaqdadır. Məsələn kişilər "bu, mənim həyat yoldaşımdı, bu, ayıbdı, ondan nəyi, necə soruşum?” və s.  kimi suallarla aciz, qadınlar isə oz hüquqlarını bilmədən "əgər mən seksdə bunu istəsəm, hansısa cür istəsəm həyat yoldaşım nə düşünər? və s”.

 

Bu
səbəbdən də seksual münasibətlərin daha aydın olması üçün insan seksi
ucuzlaşdırmamalıdır. Ailədə yatağa küskün girilməməlidir, seks cütlüyün
qarşılıqlı harmoniyası olmalıdır və daima inkişaf etməlidir. İnkişaf
dedikdə həm qadın, həm də kişinin öz partnyorunun seksual istəklərinin
və fantaziyalarını necə təmin etmək, necə yerinə yetirmək, monotonluqdan
qaçmağı nəzərdə tuturuq. Bütün bunlara baxmayaraq, hətta ideal
münasibəti olan insanlar da bəzən izahsız seksual yuxu görə bilərlər.
Hər bir seksual yuxu əgər problemlə qaynaqlanırsa, o aradan
qaldırılmalıdır. Yuxu aldatma, mazoxizm, sadizmlə əlaqəlidirsə, buna
insan özü qadağa qoymalı və baryer yaratmalıdır. Çünki bu arzuolunmayan
nəticələrə gətirə bilər.

 

Bu
sadaladıqlarımızdan başqa seksomaniya deyilən bir psixiatrik hal da var
ki, bu zaman insan yuxudaykən qəflətən ayılıb sekslə məşğul olmaq
arzusuna düşür. Bu zaman o, yuxuda olur, və "ayılıb" partnyoru seksə
təhrik edir. Bütün hərəkətləri real həyatdakı kimi olur, ancaq prosesi
ağıllı dərk etmir. Bəzən qaba və kobudluğa, hətta vəhşiliyə yol verir.
Bunu qəsdən yox, dərk etmədən edir. Səhər ayıldıqda heç bir şeyi
xatırlamır. Ümumən bu xəstəlik LUNATİZMin bir novüdür. Lunatiklər gecə
ayılıb gedirlər, qapını açırlar, gəzirlər. Səhər isə heç bir şey
xatırlamırlar. Son dövrlərdə aşkarlanıb ki, seksomniya yuxuda boğulma və
xoruldama ilə çox əlaqədardır. Bu beynin oksigen təchizatının azalması
ilə baş verir. Amma bu da bütün xəstələrə aid deyil.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!