Saxta orqazmı gerçəyindən necə ayırmalı?

Saxta orqazmı gerçəyindən necə ayırmalı?
Cinsi Münasibət
10.09.2017 41
Qadınların 70 faizi mütləq müxtəlif vaxtlarda orqazmı təqlid edirlər. Amma narahat olmağa dəyməz. Sevişdiyiniz qadının orqazmı yamsılaması sizin yataqda zəif olmağınız demək deyil. Ola bilər ki, qadın həmin an diqqətini toplaya bilmir, yorğundur, yuxusu gəlir və s. Unutmayın ki, qadın bədəni kişi bədənindən fərqli olaraq, çox mürəkkəbdir və bir düyməyə basmaqla orqazm ola bilmir. Bəzən eyni formulu tətbiq etsəniz belə, nəticə fərqli ola bilər. Bu tənliyi hələ qadınların özü həll edə bilməyib, siz necə həll edəcəksiniz ki?...



 Saxtasını əslindən ayırmaq üçün orqazmın qadın üçün hansı əhəmiyyət kəsb etdiyini, onun üçün nə demək olduğunu başa düşmək lazımdır. Çünki qadın orqazmını öyrəndikcə, realını saxtasından ayırmaq şansı da artır. Qadının orqazma çatmağı üçün sadəcə cinsi aktın bəs etmədiyini, seks prosesinin ən azı 10-30 dəqiqə uzanması gərəkdiyini bilmək lazımdır. Kişini pərt etməmək, münasibətləri qaydasında saxlamaq üçün qadınlar orqazmı təqlid edə bilərlər. Bəs əsl qadın orqazmının əlamətləri hansılardır? Qadinlar.Biz əsl qadın orqazmının 7 əlamətini təqdim edir.



1) Təngnəfəslik və ürək döyüntülərinin sürətlənməsi. Bu, orqazm anında mütləq baş verən dəyişikliklərdir, amma həmin an qadının nəbzini ölçmək qeyri-mümkündür. Özünü təngnəfəs kimi göstərmək isə çox asandır.



2) Göz bəbəkləri böyüməyə başlayır. Başlanğıcdakı göz bəbəkləri ilə orqazm anındakını müqayisə etmək qabiliyyətinə sahibsinizsə, bu, əladır.



3) Az da olsa, tərləmək müşahidə olunur. Əgər bədənin temperaturunu ölçmək imkanınız varsa, onda dəyişikliyi görə bilərsiniz. Bədənin temperaturu artır və döş nahiyəsinə qan daha sürətlər vurur. Döş və kürək nahiyəsi tərləyir.



4) Bütün bədən gərilir və titrəyir. Bu əsas əlamətlərdən biridir. Hətta ayaq barmaqlarının belə içəriyə doğru əyildiyini görə bilərsiniz. Fikirləşə bilərsiniz ki, qadın bədənini qəsdən gərginləşdirə bilər, hətta ayaq barmaqlarını da içəri sıxa bilər. Amma bir neçə saniyə davam edən bu proses zamanı qadının belə hərəkətlər etməsi ağlına gəlməz, inanın. Qadınların çoxu orqazm təqlidini pornoqrafik səslər çıxarmaqla yerinə yetirirlər. Qadın orqazmında ən təbii şeylərdən biri məhz bu gərilmələrdir ki, bu məsələyə diqqətli olmağınız lazımdır.



5) Həqiqətən orqazma çatan qadın, rola girən qadından fərqli olaraq, çox da qışqırıb bağırmır. Normalda səsi çıxmayan bir qadın orqazm əsnasında istər-istəməz inildəyir. Çünki həmin an tamamilə səssiz qalmaq qeyri-mümkündür.



6) Əldə edilmiş uğur? Orqazm öz-özünə və dərhal baş verən hadisə deyil. O, uzun əziyyətdən sonra əldə edilmiş uğurlu nəticə kimidir. Əgər partnyorunuzun performansı sizdə qazanılmamış uğur təəssüratı oyadırsa, böyük ehtimalla sizi aldadır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!