Qadınları seksdən uzaqlaşdıran – 10 SƏBƏB

Qadınları seksdən uzaqlaşdıran – 10 SƏBƏB
Cinsi Münasibət
10.09.2017 28
 
Bu gün kişilər cinsi problemləri ilə bağlı rahat şəkildə həkimə
müraciət etsələr də, qadınlar çox zaman bundan çəkinir, cinsi
xəstəliklərini gizlətməyə çalışırlar. Onlar nə həkimlə, nə də həyat
yoldaşları ilə bu narahatlıqlarını bölüşmürlər. Çünki yanlış başa
düşüləcəklərindən qorxurlar.

 

Bütün bunlara görə kişi və qadınlarda rast gəlinən cinsi problemlərlə
bağlı həkimə müraciətlər barədə statistika çıxarılarkən, qadınlara
nisbətən kişilərin cinsi problemlərlə bağlı həkimə tez-tez müraciət
etdiyi faktı üzə çıxır. Əslində isə mütəxəssis rəylərinə görə, qadınlar
kişilərə nisbətən cinsi problemlərdən daha çox əziyyət çəkirlər.

 

27 müxtəlif ölkədən olan 12 minə yaxın qadın arasında aparılan sorğu
nəticələri belə deməyə əsas verir ki, hər on qadından altısının cinsi
istəksizlik problemi var. Onlar intim münasibətlərindən zövq ala
bilmirlər. 29 ölkədən olan 30 minə yaxın qadın arasında aparılan digər
bir sorğu nəticəsinə görə isə qadınların 40 faizinin heç olmasa bir
cinsi problemi var. Bundan əlavə 3800 qadının iştirak etdiyi digər bir
araşdırmanın nəticələri belə deməyə əsas verir ki, qadınları seksdən
uzaqlaşdıran bəzi incə məqamlar var. Həmin səbəblər bunlardır:

 

1. Münasibətdəki duyğusal problemlər

2. Gün ərzində yaşadıqları stres, yorğunluq, ev, iş, ailə həyatındakı sıxıntılar

3. Özünün də xəbəri olmadan günbəgün inkişaf edən hansısa bir xəstəlik və yaxud əvvəl keçirdiyi bir əməliyyat

4. Tərəf müqabilinin-kişinin cinsi problemləri- erkən boşalma, sərtləşmə, cinsi istəksizlik və.s

5. Özünün cinsi problemləri - vajinismus, orqazm ola bilməmək, cinsi münasibətdə arzuladıqlarını yaşamaması

6. Depresiya, stres əleyhinə istifadə etdiyi hansısa dərmanlar

7. Cinsi maarifləndirmənin aşağı səviyyədə olması və yaxud da inyim münaibət haqqında yanlış məlumatlandırılma

8. Yaşam tərzi,müxtəlif zərərli vərdişlər (zərərli qidalanma, artıq çəki, siqaret, içki istifadə etmək)

9. Cinsi istəkləri, problemlər haqqında həyat yoldaşı ilə danışmağa çəkinmək.

10. Həmişə eyni qaydalar üzrə təkrarlanan, heç bir həyəcan, maraq olmadan yaşanılan cinsi əlaqə


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!