Həyatı daha seksual yaşamağın düsturu

Həyatı daha seksual yaşamağın düsturu
Cinsi Münasibət
10.09.2017 12
Oyun oynayın

Sevinc seksualdır. Hər vaxt ciddi mövzular danışacaq deyilsiniz ya... Yetkin insanların birlikdəliyinin dərinliyini göstərən ən incə detal, onların birlikdə dalğa keçə bilməsi, əylənə bilməsi, uşaqlaşa bilməsidir. Aranızda oyunlar inkişaf etdirmək üçün hisslərinizi açın. Kiçik zarafatlaşmalar, uşaqca kağız oyunları, yataqda birlikdə yeyilən bir meyvə ya da qırıntılarının tökülməsinə aldırmadan atışdırılan bir tost... Yetkinlərin qadağan etdiklərini də artıq edə bilərsiniz, çünki siz də artıq yetkinsiniz.



Utancaq olmayın

Əvvəllər rəqsə belə xoş baxmayanlar, cütlərin bir-birinə sarılaraq rəqs etdiyi sırada belə deyilərlərmiş: "Ayaqda deyil, yataqda, yataq-taaa!" Cinsiliyin gözlərdən iraq, mümkünsə həyat sahənizin ən xüsusi yerinə yəni yataq otağına doğru itələnilməsinin bir çox səbəbi var. Ən baş səbəbi isə yataq mühitinin gözlərdən uzaqlığı və örtüçülüyü... Belə düşünün yataqda bədəni saxlamaq, qüsurları örtmək, utancları saxlamaq üçün nə çox imkan var. Qaranlığa basdırıldığınızda itərsiniz. Halbuki işıq gözəldir... Bu oyun aləminə girmək üçün kiçik bir səbəbiniz varsa əvvəl işığı seks həyatınıza salın. Zəif  bir işıq yandırın

Bəlkə yataqda sevişməyi seçən klassikçilərdən ola bilərsiniz amma heç olmasa yataq otağınığın işıqlarıyla bir az oynamağı çox xəttdən asılı olaraq görməyəcəyinizi ümid edirəm. Sevişməyə başlarkən işığı söndürməyə çalışacağınız qədər narahat olacağınız bir yataq otağı işığına sahibsinizsə, dərhal o işıqdan imtina edin. İşıq var, işıq var... Mütləq bahalı sərmayələr etməniz lazım deyil, incə tül parçalar, rəngli lampalar nə günə dayanır? Yerdən işıqlandırmalar da gözəl nəticələr doğurur.



Qorxular, tabular, narahatlıqlar...

Cinsi şəxsiyyətimizi meydana gətirən şeylərin başında, cinsəlliklə əlaqədar öyrəndiklərimiz gəlir. Vərdişlərinizi, qorxularınızı bir qazın, baxın altında nələr yatır? Bədənlərimizlə əlaqədar köklü düşüncələrimizin yəni kök olduğumuz, çirkin olduğumuz, kifayət qədər gözəl olmadığımızla əlaqədar fikirlərimizin bizi həbs etdiyi qatılıq da heç cazibədar deyil. Həzzə adabta olun. Zövq vermək, zövq almaq qədər təhrikedicidir; qarşınızdakına zövq vermək üçün nələr edə biləcəyinizi düşünün və öz zövqlərinizi necə inkişaf etdirəcəyinizə dair yeni fikirlər tapın.



İltifatmı, doğru...

Bir az insaf edin və qarşınızdakının yaxşı xüsusiyyətlərini ona söyləyin. Bunu etmək üçün yalnız xüsusi anları gözləməyin. Bir  yığıncaqda da qulağına əyilib, onu nə qədər çox istədiyinizi, bir gecə əvvəl nə qədər məmnun olduğunuzu söyləyə bilərsiniz. Mesajı alacaq. Yaxşı bir mühit yaradın

Mebellər həyatı rahat yaşamaq üçündür, can sıxmaq üçün deyil. Evinizi yumşaq yastıqlar, su yataqları, erotik rənglər kimi seksi xatırladan detallarla doldurun. Divanınızı seçərkən belə üzərində sevişə biləcəyinizi düşünün. Çılpaq bədəninizin yapışdığı süni dəri qablı bir divanın nə qədər narahat olacağını siz düşünün... Divanın iki adamın birlikdə uzana biləcəyi qədər geniş olması, serial  izlərkən belə yaxınlığınızı qorumanıza kömək edər; sonrakı mərhələ sizə qalmış.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!