Yeniyetmələrdə ilk cinsi təcrübə nə vaxt yaşanmalıdır?

Yeniyetmələrdə ilk cinsi təcrübə nə vaxt yaşanmalıdır?
Cinsi Münasibət
10.09.2017 16
 
Yeniyetməlik dövründə ilk cinsi yaxınlığın nə vaxt yaşanması məsələsi daim müzakirə edilən və hər valideyni narahat edən məsələdir. Bəs yeniyetməlik dövrü cinsi yaxınlıq üçün uyğun dövrdürmü?
 
Hər yeniyetmə tez bir zamanda böyümək istəyir. Xüsusən 15 yaşında olan yeniyetmələr üçün vaxt sanki heç keçmir. Tez bir zamanda böyüyüb valideynlərinin, böyüklərin etdiklərini etmək istəyirlər. Böyüyəndə indiki qadağalardan xilas olacaqlarını düşünürlər.
 
İlk cinsi yaxınlıq yeniyetmələr üçün böyük əhəmiyyət daşıyır.
 
Bu yaşda hər hansı cinsi yaxınlıq oğlanlar üçün kişi olmanın ən əsas göstəricisi və qürur mənbəyi hesab edilir. Qızlar üçün bu, tamam fərqli bir haldır. Oğlanlardan fərqli olaraq, qızların gizli saxladığı, utandıqları bir məsələdir. Ancaq qızlar üçün də gələcəkdə yaşayacağı ilk cinsi yaxınlıq xüsusi əhəmiyyətlidir.
 
Qızlar üçün ilk cinsi yaxınlıq daha "duyğusal" məna kəsb etdiyindən onların həmin şəxsi "sevdiyim" adlandırması normaldır. Qızlar oğlanlardan fərqli olaraq, ilk cinsi yaxınlıqlarını izah etdikdə daha çox mənfi, sərt reaksiyayla qarşılaşırlar. Duyğusal bir məsələ olduğu üçün qızların keçirdiyi bu hisslərə günahkarlıq, utanc, qorxu və qayğı da daxildir.
 
Bəs ilk cinsi yaxınlıq nə vaxt yaşanmalı?
 
İnsan fiziki və psixoloji cəhətdən hazır olduqda. Yeniyetməlik dövrü bunun üçün uyğun bir dövr deyil. Çünki yeniyetməlik riskləri sevən bir dövrdür. Cinsi yaxınlıqda riskləri nəzərə almaq yoluxucu xəstəliklərə yoluxmaq, hamilə qalmaq kimi ciddi problemlərə yol aça bilər.
 
Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz.
 
Sağlam bir cinsəllik üçün fiziki cəhətdən tam inkişaf etmək və bunun məsuliyyətini öz öhdənə götürə biləcək qədər böyümək lazımdır. Cinsi yaxınlıq böyüməyin təsdiqi ola bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!