Sevişərkən işıq yansın, ya sönsün?

Sevişərkən işıq yansın, ya sönsün?
Cinsi Münasibət
10.09.2017 28
Kiçik detalların yataq otağında böyük təsiri var. Xoşbəxtliklə isə birbaşa əlaqəsi var. Buna görə "işıqlar sönsün", - deyib keçməyin.



Qadın yataqda kitab oxuyur, həyat yoldaşı yanına uzanıb, yorğanın altından xanımın belinə toxunur. Qadın əlindəki  kitabı kənara qoyub ərini öpməyə başlayır.  



Öpüş zamanı qadının əli ilk olaraq bir şeyə doğru uzanır: Gecə lampasının düyməsi.



"Bu cütlük heç romantik deyil. Utancaq tiplər", - deyə düşünə bilərsiz.



Ancaq heç də belə deyil. Çünki qaranlıqda dar ehtiras yaşamaq mümkündür. Bəs niyə qaranlıq?



 Tamamilə zövq məsələsidir

 

Utancaqlıq halını bir kənara qoysaq, sevişərkən işığın yanlı, ya sönülü olması zövq məsələsidir. Duyğusal insanlar bütün lazımsız şeyləri yox etmək üçün işıqları söndürməkdən xoşlanırlar.



Başqaları isə sevişərkən gözlərindən istifadə etməyi sevərlər. Sevdiyinin bədən detallarını, əzələlərini, dərisinin rəngini... Bəziləri bunları sadəcə hiss etmək deyil, görmək istəyir.



İnsan sevişərkən qarşısındakı insanın üzündə yaranmış ehtiraslı ifadəni görməkdən həzz alır. Ya da orqazm olarkən onun gözlərinin içinə baxmaq, onunla birgə əriyib getməkdən...



 Toxunmaq, qoxlamaq, dadmaq...



 Əsasən qaranlıqda insanların bu duyğuları çox yaxşı işləyir. Ona görə "qaranlıqda yaxşı sevişmək mümkün deyil", - düşüncəsi yanlışdır. Hər hərəkətinizlə həyat yoldaşınızın həyəcanını duya bilirsiz.



Xoşbəxt bir evlilikdə cütülüyün seks zamanı yataqdakı uyğunluğu çox əhəmiyyətlidir. İstər qaranlıqda, istər aydınlıqda...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!