Cinsi münasibətlərdən utanırsınız?

Cinsi münasibətlərdən utanırsınız?
Cinsi Münasibət
10.09.2017 10
Bəzi qadınlar hələ cinsəllikdən utandıqlarını söyləyirlər. Partnyorlarının yanında çılpaq gəzməkdən əlavə, ginekoloqlarından və hətta bəzi testlər etdirməkdən belə utanırlar. Halbuki, yaxşı cinsi həyat hər şeydən əvvəl sağlamlıq deməkdir. Utanmaq isə cinsi sağlamlığı qorxudan ən böyük təhlükədir.



Rəftarınızı dəyişin

Yaxşı cinsi həyat hər şeydən əvvəl sağlamlıq deməkdir. Amma bunu unudan qadınlar, köhnədən qalma utancaqlıqla yaşamağa davam edirlər. Əgər siz də beyninizdə dolaşan bir çox sualları və genital bəzi problemləri olan, ancaq bunları əsla ginekoloqdan soruşmağa cəsarət edə bilməyən qadınsınızsa, bu xasiyyətinizi dərhal dəyişin. Çünki sağlamlıqla, xüsusilə cinsi sağlamlıqla əsla zarafat etmək olmaz və bu, gələcəkdə başınıza böyük dərdlər aça bilər.



Zövq üçün qorunmaq

Böyük səhvdir! Qorunmadan cinsi əlaqə arzuolunmaz hamiləliyə gətirib çıxardığı kimi hər cür cinsi xəstəliyin da başlanğıcıdır. Üstəlik, ginekoloqunuz bu vəziyyəti bilməzsə, ümumi müayinə ilə sizdə xəstəlik olub-olmadığını da anlamayacaq. Bu cür infeksiyalar üçün xüsusi olaraq tətbiq olunması lazım olan testlər vardır. Bu vəziyyəti mütləq həkiminizə bildirin.

 

Genital bölgədə infeksiya

Belə bir infeksiyanın əlamətləri genital bölgədə yanma, davamlı tualetə ehtiyacı olmaq və cinsi əlaqənin acı verici hala gəlməsidir. Əgər bu əlamətləri görməməzliyə vurur və müalicə olmadan keçməsini gözləsəniz, bir müddət sonra yüksək qızdırma və sidiyə qan qarışması kimi daha ciddi problemlə qarşılaşa bilərsiniz. İşi bu vəziyyətə gətirmədən, həkimə gedib, vəziyyəti ona danışmalısınız.



Seks zövq yerinə əziyyət verir

Özünüzə frigid (cinsi soyuqluq) diaqnozunu qoymadan və bundan utanmazdan əvvəl, başqa ehtimallar üzərində dayanmalısınız. Əgər başqa narahatlıqlar üçün dərman istifadə edirsinizsə, bu dərmanların əks təsiri kimi sizdə cinsi istəksizlik yaratmış ola bilər. Bir başqa ehtimal da istəmədiyiniz mövqelərdə cinsi əlaqədə olmağınız və özünüzü sıxmağınız əziyyət çəkməyinizə səbəb olur. Bunun üçün mütləq partnyorunuzla açıq danışmalısınız.

 

Mütləq həkimə gedin

Əgər quruluq kimi bir probleminiz olduğunu (yəni bədəninizin cinsi əlaqəni asanlaşdıran mayeni ifraz etmədiyini) düşünürsünüzsə, həkiminizə bundan bəhs edin. Bunları danışarkən utanmağınıza ehtiyac yoxdur, qarşınızdakı adam onsuz da cinsi problemlərinizin həllini tapmaq üzrə təhsil alıb.



QİÇS testindən keçin

Narahat olmayın, bunu etdirmək istəməyiniz sizin QİÇS-ə yoluxduğunuz mənasını verməz, həm də bu bir cinayət də deyil, təkcə xərçəng kimi şanssız və müalicəsi çox çətin bir xəstəlikdir... Bu mövzuda şübhələriniz varsa ya narahatlıq hissi keçirirsinizsə, testləri etdirməkdə heç də tərəddüd etməyin. Çünki belə bir vəziyyəti nə qədər tez aşkara çıxarsanız, sizin üçün o qədər yaxşı olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!