Ailədə əlaqələrinizi qoruyan intim növləri

Ailədə əlaqələrinizi qoruyan intim növləri
Cinsi Münasibət
10.09.2017 24
Seksin hər növünü sınaqdan keçirib sevgilinizlə aranızdakı məsafələri aşdığınızdan əminsinizmi?

Sınamadınızsa elə bu xəbəri oxuyan kimi keçin yataq odasına....

Belə ki, cütlər, cinsi baxımdan da böyüyür və inkişaf edir. Və əlaqəni təşkil edən  qaynaqlar cütlərin seks həyatının yetkinləşib inkişafına da rəng qatır...

Bəs  sevgilinizlə yataq otağındakı əlaqənizə təsir edən seks növlərinin hansıları olduğunu bilirsinizmi?



Sərhədləri aşmağa məcbur edən Seks!

Sevgilinizlə birlikdə yataqda uzanıb "Bu etdiyimiz möhtəşəm idi!" deyə boşboğazlıq edib, gülüşmək qədər gözəl bir şey varmı?

Uzun və davamlı əlaqələrdə cütlərin bəzi dönəmlərdə  həyəcan əskikliyi yaşadığını və bu vəziyyəti necə düzəldəcəklərini bilmədiklərini söyləyirlər.

Bu vəziyyəti aşmanın tək yolunun cütlərin öz ətraflarında yaratdıqları etibarlı sahənin xaricinə çıxa bilməkdə cəsarət göstərə bilməmələridir...

Yeni şeylər sınamaqdan çəkinməyin. Yataq otağınızda təhlükəsizlik şəridini qırın  və partnyorunuzla  həyəcanlı macəralara atılın!



Əlaqəni davam etdirmə seksi!

Etiraf  edək ki, yataq otağına hər getdiyimizdə ayaqlarımızı yerdən üzən duyğular yaşamırıq. Bəzən də sıradan  adi bir sıravi (cütləşmə)  seksi yaşayırsınız.

Bu heç də möhtəşəm keçməyən seks seansları xüsusilə uzun davamlı birlikdəliklərin ən böyük sirridir.

Seks cütlərin məhz ikilikdə  etdikləri tək fəaliyyətdir. Bu fəaliyyət cütlər  arasındakı bağı bənzərsiz və güclü edir.

Sıravi bir seksin gücünü əsla kiçik hesab etməyin. Partnyorunuzla  aranızdakı bağı inkişaf etdirən sıravi seks stress atmaq, çox kalori  xərcləmək və özünüzü yaxşı hiss etmək kimi bir çox faydaya da sahibdir!



Utandıran Seks!

Əvvəl axır  bunun olacağını bilirsiniz! Bədəninizin sizi utandıran sürprizlər etməsi gözlənilməz bir hadisə deyil. Partnyorunuzla  seks edərkən tərləyirsinizsə, ya da  qəribə səslər çıxarırsınızsa üzünüzün qızarmasına ehtiyac yoxdur. Gerçək yaxınlıq, qəribə və üz qızardan vəziyyətlərdə partnyorunuzun  yanında özünüzü rahat hiss etmənizdən ibarətdir.



Tətil seksi!

Tətil seksi cütlərin birlikdə təcrübə edə  biləcəkləri ən həyəcan verici seks növlərindən biridir.

Başqa bir yerdə olmanın verdiyi yüngüllük və mənasız xoşbəxtliklə, bədəniniz rahatlamış və zehininiz də gərəksiz stressdən təmizlənmiş olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!