Krallar və ədədlər

Krallar və ədədlər
Cinsi Münasibət
10.09.2017 19
IV Karl
Roma imperatoru IV Karl nədənsə 4 rəqəmini çox sevirdi. Onun dörd böyük knyazı və hər bir knyazın olduğu dörd paytaxt şəhəri olmuşdur. O, hər birində dörd otaq olan dörd sarayda yaşamış, hər otaqda dörd pəncərə, dörd qapı, dörd stol və dörd şam olmuşdur.
Təntənəli mərasimlərdə imperator dörd metalın əridilib qarışdırılmasından hazırlanan dördbucaqlı şəklində tac qoyarmış. O, öz imperiyasını dörd hissəyə, ordusunu isə dörd korpusa bölmüşdü.
Onun getdiyi karetaya dörd at qoşularmış. Geyindiyi paltar dörd rəngli olarmış və özü də dörd dildə danışa bilərmiş.
O, gündə dörd dəfə dörd cür xörək yeyər, dörd növ şərab içərmiş. IV Karl dörd dəfə evlənmiş və dörd uşağı olmuşdur. O, ölən zaman onun yatağı yanında dörd həkim, dörd keşiş olmuş, bunlarının hər biri IV Karlın dörd dildə etdiyi dörd vəsiyyəti yazmışlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!