Keyfiyyətli cinsi həyatın 10 faydası

Keyfiyyətli cinsi həyatın 10 faydası
Cinsi Münasibət
10.09.2017 79
Ömürünüzü uzadır: Nizamlı cinsi həyat yaşayan kişi və qadınların daha uzun və keyfiyyətli bir həyat sürdüyü bildirilir.



Sizi gənc göstərir:

3500 cüt üzərində edilən bir həftədə 3 dəfə cinsi həyat yaşayan
cütlər, periodik birlik yaşamayanlara nisbətən təxminən 10 il daha gənc
görünürlər .



Depressiyanı azaldır:

Cinsi həyat bədəninizdə xoşbəxtlik hormonları başda olmaq üzrə bir çox
kimyəvi maddələrin də ifraz olunmasını təmin edir ki, bu maddələr də
bədənin funksiyalarının nizamlı və optimal işinə köməkçi olur.



İmmunitetinizi qüvvətləndirir:

Həftədə 2 dəfə keyfiyyətli cinsi həyat yaşamaq immunitet sisteminizi
gücləndirir. İmmunitetinizi qoruyan bəzi maddələr 30 faiz daha çox
ifraz olunur. Həftədə 2 dəfə cinsi həyat yaşayanlarda xəstəlik riskinin
də yarıya endiyi göstərilir.



Kalori yandırdır:

Cinsi həyat əslində yaxşı bir məşqdir. Həftədə 2 dəfə seks etmək ildə
haradasa 21 000 kilokalori enerji xərcləmənizi təmin edir ki, bu da
təxminən 80 km qaçmağa bərabərdir. Yəni kilo verməyə, kilonu qorumağa
da faydalıdır.



Ağrıları sakitləşdirir:

Seksin bütün bunlarla bərabər qan dövranını sürətləndirərək ağrı kəsici xüsusiyyəti də mövcuddur.



Hormonlarınızı nizamlayır:

Cinsi həyat seks hormonlarının və digər hormonların nizamlı işini təmin edir.



Bağlılığı artırır:

Keyfiyyətli bir cinsi həyatda partnyorlar arasında bağlılıq hormonu
ifraz olunur ki, bunun da sayəsində cütlər bir-birinə daha da
yaxınlaşır.



Stressi azaldır:

Cinsi həyatın gətirdiyi fiziki və psixoloji məmnunluq sayəsində
gündəlik həyatın stresslərindən qoparaq, rahatladığınızı hiss edərsiniz.



Özünə inamı artırır:

Kefli və qənaətbəxş bir cinsi həyat, özünüzü daha çox bəyənmənizi,
bədəninizlə daha barışıq olmanızı, psixoloji istiqamətdən özünə
inamınızın artmasını təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!