Uyğun cinsi həyat necə təmin edilir?

Uyğun cinsi həyat necə təmin edilir?
Cinsi Münasibət
10.09.2017 39
Həyat yoldaşınızla birlikdə uyğun bir cinsi həyatınızın olması,
əlaqənizi qüvvətləndirməklə bərabər, duyğusal durumunuza da müsbət yöndə
təsir edir.



Ortaq bir ahəngin və uyğunlaşmanın tutulduğu gözəl bir cinsi həyat üçün, bəzi detallara diqqət yetirmək lazımdır.

Doğru uyğunlaşma necə təmin edilməlidir?

İlk növbədə özünüzün və həyat yoldaşınızın bədənini tanıyın. Özünüzlə
barışıq olun. Özünü tanımayan və özü ilə əlaqədar müsbət və mənfi
düşüncələrin fərqində olmayan biri, cinsi həyatda rahat ola bilməz.

Cütlərin bir-birlərinə qarşı hörmət və sevgiləri olmadığı təqdirdə, bədbəxt, sağlıqsız bir cinsi həyatları olar.

Gün ərzində gözəl jest və mimikalardan istifadə etmək, gözəl və mənalı
bir baxışlar, bir çiçək vermək ya da telefonla hal soruşub mesajlaşmaq,
gözəl eşq sözlərindən ilə istifadə etmək, sevgi və marağı ifadə edən
yollardan bəziləridir.

Həyat yoldaşınızla yeni tanış olduğunuzda bir-birinizə ayırdığınız vaxt
bəlkə daha çoxkən, sonralar uşaq, iş, gündəlik problemlərə yüklənib
birlikdə daha az vaxt keçirə bilərsiniz. Amma yadda saxlayın ki, bu
münasibətləri ilk günkü kimi saxlamağı bacarmaq lazımdır.

Cütlər arasındakı fərqliliklər qaçınılmazdır və mübahisə və ya müzakirə
əlaqənin təbii parçasıdır. Həyat yoldaşınızla, hər vaxt eyni fikirdə
olmasanız belə, sağlam bir şəkildə duyğularınızı paylaşmalısınız. Bu,
aranızdakı bağı gücləndirər.

Toxunmaq insan təbiətində var olan bir duyğudur və fərd üçün bir
ehtiyacdır. Toxunmanın vermiş olduğu rahatlıq, qarşınızdakına güvən,
dəstək, qoruma, şəfqət və təbii ki, həyəcan verər.

Onda baş verən dəyişikliklərə uyğunlaşa bilməyiniz, sizə uğurlu bir əlaqəni davam etdirə bilmə şansını verəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!